19:14 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mobil qurğularda “ölüm düyməsi” nədir?
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
04:04 02.04.2014
Cinayətkarlarda mobil qurğuları oğurlamaq arzusunu tamamilə yox etmək üçün qurğuları hala gətirəcək “ölüm düyməsi” (“kill switch”) funksiyası yaradılmalıdır.

Kreyton Universitetinin statistika kafedrasının müdiri Uilyam Dakvortun tədqiqatında iştirak edən 1200 nəfər amerikalının 99 faizi bu fikirdədir. Rəyi öyrənilənlərin 83 faizi hesab edirlər ki, “ölüm düyməsi” smartfon oğurluqlarının sayının azalmasına səbəb olacaqdır. 93 faiz respondent isə bu texnologiyanın bütün operatorlarda pulsuz olmasını dəstəkləmişlər.
Uilyam Dakvort bildirmişdir ki, hər il ABŞ sakinləri oğurlanmış telefonların əvəzinə aldıqları yeni telefonlara təxminən 500 milyon dollar xərcləyirlər. Təkcə 2012-ci ildə amerikalılara məxsus təxminən 1,6 milyon planşet oğurlanmışdır. Bundan başqa, bütün dünyada mobil qurğular üçün sığortaların əldə edilməsinə 2 milyard dollar pul xərclənmişdir.
AzərTAc hitech.newsru.com saytına istinadən xəbər verir ki, ötən il Amerikanın 4 ən böyük operatoru sığorta satışından 7,8 milyard gəlir əldə etmişdir. Bunun üçün də həmin şirkətlər mobil telefonlarda “ölüm düyməsi”nin istifadəyə verilməsində maraqlı deyillər.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM