15 Avqust 2021 02:28
851
Mədəniyyət
A- A+

Misirli qonaqlar Qəbələdə olublar

 

“Misir Asiya Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Əbdülvahab Əbdülsalam İbrahim, Livan Universitetinin Tarix kafedrasının rəhbəri El Jundi Khaled, həmçinin Misirin ən qədim təhsil ocaqlarından olan Ayn Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümünün əməkdaşı və bu ölkənin tədqiqatçı-jurnalisti Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində olublar”.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, misirli qonaqlar qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Onlara burada aparılmış arxeoloji qazıntılar, aşkar olunan tarixi tapıntılar barədə ətraflı məlumat verilib.

Qeyd olnub ki, Prezident İlham Əliyevin 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji mərkəzin rəsmi açılışı olub. Mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir.

Qonaqlara həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində aparılmış qazıntılar barəsində SEBA-nın maliyyə dəstəyi ilə dövri olaraq çap edilmiş “Qəbələ Arxeoloji Ekspedisiyasının hesabatı-tapıntıları” və Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş 3 cilddən ibarət kitab toplusu haqqında da ətraflı məlumat verilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video