20 Dekabr 2011 02:12
459
Təhsil
A- A+

Misirin Qahirə Universitetində «Azərbaycan Günü» keçirilmişdir

 

Dekabrın 18-də Misirin Qahirə Universitetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin  bərpa edilməsinin 20 illiyinə həsr olunmuş "Azərbaycan Günü" keçirilmişdir.

Azərbaycan Respublikasının Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Qahirə Universitetinin professor-müəllim heyəti, tələbələr, elm adamları, eləcə də Misirdə təhsil alan Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrindən olan əcnəbi tələbələr iştirak etmişlər.

Qahirə Universitetinin professoru Əli Moein çıxış edərək Azərbaycan və Misir xalqları arasındakı dərin tarixi köklərə malik əlaqələrdən danışmış, gənc nəslin bu əlaqələr barədə məlumatlandırılmasının vacibliyini qeyd etmiş, bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Səfir Şahin Abdullayev çıxış edərək Azərbaycan xalqının tarixi, ədəbiyyatı, Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzulinin həyat və yaradıcılığı, xalqımızın xalçaçılıq və xalq tətbiqi sənət inciləri barədə danışmışdır. Diplomat xalqımızın milli müstəqillik mücadiləsi, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki əvəzsiz rolu, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin dinamik inkişafı və əldə etdiyi nailiyyətləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun törətdiyi fəsadlar, münaqişənin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyi, Heydər Əliyev Fondunun fəaliyyəti barədə ətraflı məlumat vermişdir.  

Azərbaycanın beynəlxalq əlaqələrindən bəhs edən səfir demişdir ki, müstəqilliyinin ilk illərindən Azərbaycan ərəb dünyası ilə də sıx münasibətlər formalaşdırmışdır və bu xüsusda Misir ilə əlaqələr xüsusi önəm kəsb etmişdir. 

Qahirə Universitetinin professoru Atef Əbdül Həmid Azərbaycanın tarixən Şərq və Qərb arasında, sivilizasiyalararası münasibətlərdə və islam dünyasının tarixində mühüm rol oynadığını bildirmiş, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu diqqətə çatdırmışdır. O, Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinin zəruriliyini vurğulamış və demişdir ki, məxsus olduqları strateji mövqelərinə görə Azərbaycan Mərkəzi Asiya və Xəzər dənizi hövzəsinə çıxış üçün Misirə, Misir isə Afrika və Yaxın Şərq regionuna çıxış üçün Azərbaycana faydalı ola bilər.

Misirdə yaşayan Azərbaycan icmasının nümayəndəsi, elmi tədqiqatçı Seymur Nəsirov ərəb tarixi mənbələri əsasında apardığı elmi araşdırmaların nəticələrini təqdim etmiş, XV əsrdə Misirin baş həkimi olmuş və əslən Azərbaycandan olan təbib Fəthullah İbn Nəfis və digərlərinin həyat və yaradıcılığından danışmışdır. 

Tədbir çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində çapdan çıxmış "Azərbaycan ərəb və Misir tarixi mənbələrində" adlı kitabının təqdimatı keçirilmişdir.

"Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibi olmuş misirli gənc xanım Məqda Bəhlul Azərbaycan ilə ilk tanışlığının inşa müsabiqəsinin qalibi kimi bu ilin iyul ayında ölkəmizə səfəri ilə başladığını bildirmişdir. Tarixən müxtəlif sivilizasiya və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın ecazkar təbiəti, zəngin mədəniyyəti, özünəməxsus arxitekturası və insanlarının qonaqpərvərliyi ilə onu valeh etdiyini, İslam sivilizasiyasının zəngin irsini bölüşən bu ölkədə fərqli dinlərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət əsasında yaşadığını nəzərə çatdırmışdır.

Tədbirdə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi haqqında film nümayiş olunmuş, iştirakçılara Azərbaycan haqqında kitablar və digər çap materialları paylanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video