00:13 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misirdə ərəb dilində nəşr olunan «Azərbaycan» jurnalının üçüncü nömrəsi çapdan ıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
03:10 18.10.2011

 

Misirdə ərəb dilində nəşr olunan "Azərbaycan" jurnalının üçüncü nömrəsi işıq üzü görmüşdür. AzərTAc xəbər verir ki, jurnalın ilk səhifəsi Azərbaycan Prezidenti İlham Əliyevin Ramazan bayramı münasibətilə xalqa müraciətinin mətninin ərəb dilinə tərcüməsi ilə başlayır.

Jurnal, eyni zamanda, öz səhifələrində Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, ermənilərin 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyevanın ölümünə səbəb olmuş yeni təxribatı barədə məqaləyə də yer vermişdir. Jurnalda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında separatçı rejimin bu il sentyabrın 18-də qondarma "özünüidarə orqanlarına" keçirdiyi "seçkilər"lə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının mətninin ərəbcə tərcüməsi də dərc edilmişdir.

Baş redaktoru məşhur misirli jurnalist Məhəmməd Salama olan "Azərbaycan" jurnalının bu nömrəsində Dünya Azərbaycanlılarının III qurultayı, ölkəmizin Misirdəki səfirliyinin həyata keçirdiyi "Mən Azərbaycan haqqında nə bilirəm" layihəsi və onun nəticələri, həmçinin dünya şöhrətli azərbaycanlı müğənni Sami Yusif barədə məqalələr də oxucuların ixtiyarına verilmişdir.

Jurnalın bu nömrəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə keçirilmiş hərbi paraddan bəhs edən, gözəl illüstrasiyalarla bəzədilmiş geniş məqalədə Prezident İlham Əliyevin ordu quruculuğu, ölkəmizin hərbi potensialının gücləndirilməsi sahəsində  xidmətləri barədə məlumat verilir.

Nəşrdə Azərbaycanın siyasi və iqtisadi həyatına da yer ayrılmışdır. Fələstin Prezidenti Mahmud Abbasın ölkəmizə rəsmi səfəri, onun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi və Bakıda Fələstin dövlətinin səfirliyinin açılmasında iştirakından bəhs edən məqalədə Azərbaycanın sülh danışıqlarında daim bu ölkəni dəstəklədiyi vurğulanmışdır.

Jurnalda həmçinin Prezident İlham Əliyevin "Abşeron" strukturunda iri qaz yataqlarının kəşf olunması ilə bağlı nitqinin mətni ərəb dilində oxuculara çatdırılır. Bu il iyunun  7-dən 10-dək paytaxtımızda keçirilmiş 18-ci Beynəlxalq Xəzər neft və qaz sərgisindən bəhs edən məqalədə Azərbaycanın iqtisadi sahədə son uğurları ilə bağlı məlumatlar öz əksini tapmışdır.

Nəşrdə Azərbaycanın mədəniyyət sahəsində nailiyyətləri də işıqlandırılmışdır. Ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində parlaq qələbəsi və növbəti yarışmanın Bakıda keçirilməsindən bəhs edən məqalədə Vətənimizin bu sahədə də uğurları qeyd edilir.

Əlcəzairli jurnalist xanım Fazilə Berd "Azərbaycanın kəşfi" sərlövhəli məqaləsində ölkəmizə səfərindən aldığı xoş təəssüratlarını, Azərbaycan ilə yaxından tanış olmaq imkanı əldə etdiyinə görə sevincini oxucularla bölüşür. Onun jurnalda yer alan məqaləsində Azərbaycanda xalçaçılıq, daşyonma, nəqqaşlıq sənətləri, muğam barədə geniş məlumat verilir.

Jurnalda, eyni zamanda, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin "Şərqdə ilk demokratik parlament respublikası" başlıqlı məqaləsi də dərc edilmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM