10:40 28 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:46 28.09.2021

28 sentyabr


01:45 28.09.2021

Tarix yazan xalq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misir portalı Ağdamda aparılan yenidənqurma işlərindən yazıb
 
ANA SƏHİFƏ / SİYASƏT
21:03 29.07.2021

Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın yenidən qurulmasına və 190 hektar ərazidə böyük sənaye şəhərciyinin yaradılmasına başlayıb. Məqsəd yeni “ağıllı kənd”lərin, muzeylərin, mənzillərin və Ağdamın ölkənin digər şəhərləri ilə əlaqələndirilməsi üçün dəmir yollarının, hava limanlarının tikintisinə xarici sərmayələrin cəlb edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “Le Progres Egyptien” portalında fransız dilində dərc olunmuş “Azərbaycan: Ağdamın yenidən qurulmasına yaşıl işıq” sərlövhəli məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, rayonun 450 minlik əhalisi üçün minlərlə mənzil tikiləcək. Ermənistan tərəfindən işğal edilməmişdən əvvəl bu rayon ticarət mərkəzi olub. Şəhərdə salamat qalan yeganə bina Ağdam məscididir.

Yazıda bildirilib ki, bərpa və yenidənqurma işlərindən sonra Ağdam Azərbaycan tarixində dönüş nöqtəsi olacaq, burada sərmayə yatırımı üçün geniş imkanlar yaradılacaq, iqtisadi inkişaf təmin ediləcək.

Vurğulanıb ki, 1930-cu ildə 21 min 450 hektar ərazidə salınan Ağdamın abidə və tikililəri tarixin müxtəlif dövrlərini əks etdirir. Ağdam ən mühüm şəhərlərdən biri olub. Rayonun ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir. Ağdam 2020-ci ildə 27 illik erməni işğalından azad edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM