12:17 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Misir mətbuatı Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışından əsas məqamları yayıb
ANA SƏHİFƏ / SİYASƏT
18:58 13.04.2021

 

Misir mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışından əsas məqamları yayıb.

AZƏRTAC xəbər verir ki, Misirin “Əl Ğad” və “Aldiplomacy” informasiya portallarında yerləşdirilən materiallarda dövlətimizin başçısının 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda inkişafın təmin edilməsi üçün sabitliyə ehtiyac olduğu, qonşularımızın regional inkişafla bağlı Azərbaycanın baxışlarını paylaşdığı, ATƏT-in Minsk qrupunun Cənubi Qafqazda dinc həyatın nizamlanması üzrə təkliflərini təqdim etməsini gözlədiyimiz, Ermənistanın “İsgəndər-M” raketindən istifadə etməsinin hərbi cinayət olduğu barədə fikirlərə diqqət yönəldilib.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Ermənistanın əməkdaşlıq etmək istədiyi təqdirdə Azərbaycanın əlindən gələni etməyə hazır olduğunu, eyni zamanda, müharibədə məğlub olan tərəfin revanş niyyətinin qarşısının sərt şəkildə alınacağını vurğulayıb. Prezident deyib ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, həm də mənəviyyat müharibəsi aparırdı.

Yazılarda dövlətimizin başçısının fikirləri sitat gətirilib: “Müharibə başlayarkən mənim hərbi qulluqçulara dərhal verdiyim əmrlərdən biri ləyaqətlə, mötədil davranmaq, mülki vətəndaşlara zərər yetirməmək barədə oldu. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunu aydın göstərdi”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM