12 May 2013 06:05
401
Fərmanlar
A- A+

«Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"ni "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 7, maddə 624) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında və mətnində "müsabiqənin" sözü "müsabiqə və müsahibənin" sözləri ilə əvəz edilsin.

2. Həmin fərmanla təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında Əsasnamə" üzrə:

2.1.  Əsasnamənin adında, 1-ci və 14-cü bəndlərdə "müsabiqənin" sözündən sonra "və müsahibənin" sözləri əlavə edilsin;

2.2. 2-ci bənddə "müsabiqə" sözündən sonra "və ya müsahibə" sözləri əlavə edilsin;

2.3. 4-cü bənd üzrə:

2.3.1. birinci abzasda "Müsabiqədə" sözündən sonra "və ya müsahibədə" sözləri əlavə edilsin;

2.3.2. altıncı abzasda "ali təhsil haqqında" sözləri "müvafiq təhsilə malik olduğunu təsdiq edən" sözləri ilə əvəz edilsin;

2.4.  6-cı bənd üzrə:

2.4.1. birinci cümlədən ", bir qayda olaraq," sözləri çıxarılsın;

2.4.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə qəbul müsahibə əsasında həyata keçirilir.";

2.5. 7-ci bənddə "ali təhsilli" sözlərindən sonra ", müsahibəyə isə ən azı tam orta və orta ixtisas təhsilli" sözləri əlavə edilsin;

2.6. II hissənin adında "MÜSABİQƏ KOMİSSİYASI" sözləri "MÜSABİQƏ VƏ MÜSAHİBƏ KOMİSSİYALARI" sözləri ilə əvəz edilsin;

2.7. 9-cu bənd üzrə:

2.7.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Müsabiqə və müsahibənin keçirilməsi, namizədlərin təyinatına dair təkliflərin verilməsi üçün Müsabiqə və Müsahibə komissiyaları (bundan sonra - Komissiyalar) yaradılır.";

2.7.2. ikinci cümlədə "Komissiyanın" sözü "Komissiyaların" sözü ilə əvəz edilsin;

2.8. 10-cu, 11-ci bəndlərdə və 12-ci bəndin birinci və beşinci cümlələrində "Komissiyanın" sözü "Komissiyaların" sözü ilə əvəz edilsin;

2.9. III hissənin adında "MÜSABİQƏNİN" sözündən sonra "VƏ MÜSAHİBƏNİN" sözləri əlavə edilsin;

2.10. 13-cü bənddə "müsabiqəyə" sözündən sonra "və müsahibəyə" sözləri, "müsabiqənin" sözündən sonra "və müsahibənin" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 may 2013-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video