30 Oktyabr 2011 12:10
463
İDMAN
A- A+

«Mingəçevir Reqatası-2011»də məşhur avarçəkənlərimiz də çıxış edəcəklər

 

Noyabrın 6-da start götürəcək beynəlxalq "Mingəçevir Reqatası-2011"də akademik, kayak və kanoe qayıqlarında Azərbaycanın bütün aparıcı avarçəkənləri mübarizə aparacaqlar. İdman.com.az saytının xəbərinə görə, kanoeçilərin mübarizəsində üçqat dünya və  üçqat Avropa çempionu Valentin Demyanenko, qitə çempionları Sergey Bezuqlı - Maksim Prokopenko, 23 yaşlılar arasında qitə birincisi Andrey Kraytor kimi titullu idmançılar çıxış edəcəklər. Onlardan Demyanenko və Bezuqlı-Prokopenko dueti artıq London Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Akademik avarçəkənlərin yarışında isə dünya çempionatında lazımi nəticəni göstərərək London Olimpiadasına vəsiqə qazanmış Aleksandr Aleksandrovla Natalya Mustafayeva, eləcə də yeniyetmələr arasında Avropa çempionatının gümüş mükafatçısı Boris Yotov bacarıqlarını nümayiş etdirəcəklər. Rüfət Vəlizadə, Mirnazim Cavadov və Tamerlan Mustafayev kimi gənc və perspektivli kayakçılarımız da beynəlxalq reqatada qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2011"də iştirak üçün bir sıra ölkələrin müvafiq federasiyalarına dəvət göndərilib. İştirakçı ölkələrin adları tezliklə açıqlanacaq.

Yarış "Kür" olimpiya mərkəzində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video