24 Iyul 2012 12:07
547
Elm və texnika
A- A+

Milyon illər boyu informasiya daşıya biləcək disk yaradılıb

 

İnformasiyanın toplanması və uzun müddət ərzində  saxlanması üçün  vasitələrin təkmilləşdirilməsi  istiqamətində axtarışlar davam etməkdədir. Belə ki, elm və texnikanın sürətli inkişafı fonunda məlumat bazalarının uzun müddət qorunmasına imkan verən texnologiya mövcud deyil.

Fransalı alimlər konkret məqsəd naminə ən azı milyon il keyfiyyətini itirməyəcək bərk disk yaratmaq fikrini reallaşdırmaq üzrədirlər. Layihə Fransanın radioaktiv tullantıların basdırılması ilə məşğul olan "Andra" agentliyinin sifarişi ilə həyata keçirilir. Niyyət radioaktiv tullantılar  basdırılmış  ərazilər haqqında məlumatı gələcək nəsillərə ötürmək üçün uzunmüddətli istifadəyə yararlı disk yaratmaqdır. İlk prototip artıq hazırdır. Yaqutdan düzəldilmiş  iki laydan (plastindən) ibarət  diskin diametri 20 santimetrdir. Xatırladaq ki, yaqut yüksək davamlılığı ilə seçilən qiymətli daşdır - mineraloji  12 ballıq cədvəl üzrə 9-cu dərəcəyə aiddir. İnformasiya plastinin üzərinə platin alət vasitəsilə oyma üsulu ilə həkk edilir və daha sonra hər iki plastin molekulyar əsasda birləşdirilir. Disk-prototip 25 min avroya başa gəlib.

Layihə müəlliflərinin bildirdiyinə görə, bir belə diskdə 40 min səhifə məlumat saxlamaq mümkündür. Diskdəki informasiyanı oxumaq üçünsə mikroskopdan istifadə olunmalıdır. Bu məlumat daşıyıcısı laboratoriya şəraitində testdən də keçirilib. Modelləşdirmə yolu ilə diskin dözümlük müddəti hesablanıb. Alimlər yaqut diskin 10 milyon ilə qədər "yaşaya" biləcəyini iddia edirlər.

Diskin hazırlanmasında iştirak edən işçi qrupun tərkibinə mühəndislərlə yanaşı, antropoloqlar, arxeoloqlar, rəssamlar, arxivçilər və linqvistlər də daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video