18:37 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli ruhun rənglər biçimi
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
06:10 27.10.2011

 

Xətai Miniatür Sənət Qalereyasında əməkdar rəssam, III Moskva Beynəlxalq incəsənət festivalının qalibi Fərman Qulamovun  əsərlərindən ibarət "Ənənə və müasirlik" adlı sərgi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Rəssamlar İttifaqı, həmçinin Xətai Sənət Qalereyası ilə birgə təşkil etdiyi sərgidə tanınmış sənət adamları müəllifin əsərlərində milli  ənənənin  mənəvi dəyərlərlə vəhdət təşkil etməsi barədə ətraflı danışıblar.

Xalq rəssamı Arif Hüseynov tədbiri açaraq sərginin əhəmiyyətinə, oradakı əsərlərin mahiyyətinə toxunub. Xalq rəssamı Ömər Eldarov isə həmkarının əsərlərinin mövzu müxtəlifliyindən söz açıb: "Onun bənzərsiz əsərləri milli təsviri sənətimizin gözəl nümunələrindəndir. Bu əsərlərdə bədii və texniki tərəflərin bir-birini tamamlaması ümumi fikrin açılmasına xidmət edir. Burada yüksək sənətkarlıq və tutumlu məna-məzmun hər zaman ön plana çəkilir".

1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirmiş Fərman Qulamov arxada qoyduğu illər ərzində yaradıcılıq baxımından bir sıra həmkarlarından fərqli xüsusiyyətlərini sərgiləyib. Adıçəkilən tədbir onun növbəti dəfə özünü daha  tutumlu, təsirli şəkildə yaradıcı potensialını ortaya qoyub. O, 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını şərəflə daşıyan Fərman Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışan Fərman müəllimin təbii ki, yetirmələri də az deyil.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev rəssamın əsərlərini yüksək dəyərləndirmişdir: "Zahirən bir qədər də ilğımı andıran bu görüntülərdə ənənə ilə müasirliyin elə bir bədii-estetik tutumuna nail olunmuşdur ki, onlarla göz-gözə qalan tamaşaçısını görüntüyə gətirənlərə inandırmaq gücündədir".

Elə rəssamın əsərlərindəki  bu bənzərsiz yaradıcı keyfiyyəti III Moskva Beynəlxalq incəsənət festivalının təşkilatçıları da incəliklə duymuş və onu "Müasir rəngkarlıqda ənənənin qorunmasına görə" mükafatına layiq görməklə bu uğurlu nəticəni təqdir etmişlər. Azərbaycanlı fırça ustasının festivaldakı işlərini görən Rusiya Federasiyasının xalq rəssamı, sənətşünas O.V.Svetkovun "Fərman Qulamovun əsərləri Avropanın ən nüfuzlu muzeylərini bəzəməyə layiqdir" sözləri də onun milli təsviri sənətimizin çağdaş durumuna verdiyi özünəməxsus töhfənin miqyasını göstərir... Rəssamın əsərləri sərgilərdə yer aldığı ilk vaxtlardan həm yerli, həm də xarici ölkə sənətsevərlərinin dedikləri kimi  estetik dəyərdədir. Fırçasının əsl gerçəkliyi əks  etdirməsini elə Fərman Qulamovun Bakı tamaşaçılarına təqdim olunan fərdi sərgisindəki əsərlər də təsdiqləyir.

Fərman Qulamov sənətsevərlərə doğma olan rəssamlardandır. Ona görə də vaxtaşırı onun fərdi sərgilərini görürük. Bu sərgi də onun 65 illik yubileyi ərəfəsində sənətsevərlər qarşısında hesabatdır. 35 illik yaradıcılığında rəssam hər dəfə özünü daha fərqli, daha təsirli və tutumlu bədii-estetik biçimdə göstərməklə yaradıcı potensialının nəhayətsizliyini nümayiş etdirməyə nail olmuşdur. Bəlkə də, bir sənətkarın uzun illər axtardığı dəst-xətti Fərman Qulamov dəfələrlə tapıb, lakin hər dəfə onu yeniləşdirməyin, yeni yaradıcılıq uğurunun sorağında olub.

Tamaşaçıların maraqla qarşıladığı "Ovqat", "Motiv", "Qadın portreti", "Üfüqdə dəniz", "Köç", "Haray" "Xəzri", "Aprel"... rəssamın son altı ildə çəkdiyi əsərləridir. Yüzə yaxın rəsm əsəri ilə növbəti sərgisi keçirilən əməkdar rəssam tədbir iştirakçılarına və sənətsevərlərə dərin minnətdarlığını bildirib.

 

M.NƏRİMANOĞLU,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM