13 Iyun 2014 01:06
342
Səhiyyə
A- A+

Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası Neftçala rayonunda humanitar aksiya keçirmişdir

Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası növbəti humanitar aksiyanı Neftçala rayonunda keçirmişdir.

AzərTAc xəbər verir ki, hər cür zəruri tibbi avadanlıqla təchiz edilən səyyar diaqnostika kompleksində mamoloq, ginekoloq, nefroloq və digər tibb personalından ibarət həkim briqadası müraciət edənlərin profilaktik müayinəsini aparmışdır.
Müayinələrin əsas məqsədi onkoloji xəstəlikləri daha erkən aşkarlamaq və müalicəyə cəlb etmək olmuşdur.
Həkim briqadasına müraciət edən 461 nəfər müayinədən keçirilmişdir. Xəstələrin bir qisminə tibbi məsləhətlər verilmiş, bəziləri isə daha ətraflı müayinə üçün respublikanın müvafiq elimi –tədqiqat institutlarına göndəriş almışdır.
Mərkəzin əməkdaşları rayon ictimaiyyətinin iştirakı ilə Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində seminar keçirmişlər.
Tədbirdə respublikanın baş onkoloqu Azad Kərimli ”Onkoloji xəstəliklərin erkən araşdırılmasının əhəmiyyəti” mövzusunda məruzə etmişdir.
Bildirilmişdir ki, dövlətimizin başçısının əhalinin sağlamlığı ilə bağlı qarşıya qoyduğu vəzifələr Onkoloji Mərkəz tərəfindən ardıcıl icra olunur. Bu cür humanitar aksiyalar da həmin məqsədlə təşkil edilir. Belə tədbirlər zamanı mütəxəssislər regionlarda yaşayan əhaliyə konsultativ –diaqnostik və profilaktik yardım edirlər.
Çıxış edən sakinlər rayonda səhiyyə ocaqlarının müasirləşdirilməsi istiqamətində aparılan işlərə və onların sağlamlığına göstərdiyi qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Seminarda iştirakçıları maraqlandıran suallar da cavablandırılmışdır.
Milli Onkologiya Mərkəzinin Neftçalada humanitar aksiyası iki gün davam etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video