21:43 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Onkologiya Mərkəzində şüa terapiyasında yeni metodlar uğurla tətbiq olunur
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:02 22.02.2013

 

Azərbaycan bu sahədə dünyada birincilər sırasındadır

 

Dünyanın inkişaf etmiş ölkələrində xərçəng xəstəliyinin müalicəsində 70-75 faiz hallarda şüa müalicəsindən istifadə olunur. Bu müalicə metodunun əsas prinsipi ətraf sağlam toxumaları maksimum qorumaqla ionlaşdırıcı şüa enerjisini şiş toxumasına çatdırmaq və nəticədə bədxassəli hüceyrələrin məhvinə nail olmaqdır. Son illərə qədər Azərbaycan Respublikasında çox yüksək dəqiqliyə malik kompyuterləşmiş müvafiq texnikanın olmaması ucbatından  onkoloji xəstələrin ancaq 35-40 faizinə radioterapiya aparılması mümkün idi. Ona görə də xəstələr şüa müalicəsi almaq üçün xarici ölkələrə, ilk növbədə Avropa ölkələrinə üz tuturdular. Bu da hər bir xəstəyə külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlirdi. Qeyd etmək lazımdır ki, şüa müalicəsinin həyata keçirilməsi üçün lazım olan müasir texnika, onların qurulması, kadr hazırlığı (həkim, fizik, mühəndis, texniklər) olduqca yüksək maliyyə vəsaiti tələb edən prosesdir.

AzərTAc xəbər verir ki, evolyusion xarakter daşıyan inkişaf nəticəsində artıq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində şüa terapiyasının tam həcmdə bütün metodlarından - 2D radioterapiya, 3D konformal radioterapiya və braxiterapiyadan (patoloji prosesin birbaşa toxumadaxili və ya boşluqdaxili şüalanması) istifadə olunur. Bu ilin may ayında isə İMRT, sterotaktik radiocərrahiyyə və radioterapiya metodlarının tətbiqinə başlanacaqdır.

Milli Onkologiya Mərkəzində son illərdə çox geniş yayılan süd vəzisi və prostat vəzi xərçəngində braxiterapiyanın tətbiqi uğurla həyata keçirilir. Süd vəzisi xərçəngində braxiterapiya zamanı süd vəzinə kiçik ölçülü xüsusi plastik borular yerləşdirilərək şiş toxuması və cərrahi əməliyyatdan sonrakı şiş yatağı "daxildən" şüalanır. Bu, müalicənin effektini artıraraq, fəsadları minimuma endirir. Eyni zamanda, əvvəllər 6 həftəlik şüa terapiyası əvəzinə, 4 günlük müalicə aparılır.

Bundan əlavə, Azərbaycanda 2013-cü ildən ilk dəfə olaraq, kişilər arasında geniş yayılmış  prostat vəzi xərçənginin müalicəsində də braxiterapiya uğurla tətbiq olunmağa başlanılmışdır. Ən müasir formada kompyuterləşmiş əməliyyat  ixtisas həkimlərindən (anestezioloq, cərrah-onkouroloq, radioloq, radiasion onkoloq) və fiziklərdən ibarət komandanın iştirakı ilə həyata keçirilir. Braxiterapiyadan sonra xəstələrin yaşama, həyat keyfiyyəti göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlir və fəsadlar minimuma endirilir.  

Bu metodlar inkişaf etmiş ölkələrdə sürətlə kliniki praktikaya tətbiq olunur. Sevindirici haldır ki, Azərbaycan Respublikası bu sahədə dünyada birincilər sırasındadır, MDB ölkələri arasında isə liderdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM