11:19 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Onkologiya Mərkəzi ilə İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:09 25.09.2013

 

Azərbaycan Milli Onkologiya Mərkəzi ilə İsrail Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyi (MAŞAV) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

AzərTAc xəbər verir ki, müqaviləni Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev və İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz imzalamışlar.

Görüşdə akademik Cəmil Əliyev xəstələrin yüksək səviyyədə müalicə olunmaları üçün mərkəzdə yaradılan şəraitdən danışmışdır. Qeyd etmişdir ki, onkoloji xəstələr müalicə üçün tələb olunan bütün dərmanlarla dövlət tərəfindən pulsuz təmin edilirlər. Bundan əlavə, mərkəz diaqnostika sahəsi üzrə ən yüksək avadanlıqlarla təchiz edilmişdir. Burada dünyanın bir çox ölkələrinin xəstəxanalarında olmayan şüa-terapiya aparatları vardır.

 Cəmil Əliyev bildirmişdir ki, Milli Onkologiya Mərkəzi səhiyyə sahəsində də İsrail hökuməti ilə əməkdaşlıq etməyə hazırdır. Bu gün imzalanan müqavilə isə iki tərəf arasındakı əməkdaşlığı və tibb  mütəxəssisləri arasında təcrübə mübadiləsini daha da gücləndirəcəkdir.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz isə ölkəsinin səhiyyə sahəsində 65 illik təcrübəsi olduğunu bildirmişdir. Səfir demişdir: "Azərbaycan ilə bu əməkdaşlıqları bölüşmək və mütəxəssislərin qarşılıqlı təcrübəsini təşkil etmək niyyətindəyik. Biz istəyirik ki, azərbaycanlı həkimlər İsraildə müəyyən təcrübə keçsinlər və səhiyyə sahəsində bəzi məsələləri daha yaxından öyrəndikdən sonra onları Azərbaycanda tətbiq etsinlər".

Diplomat Milli Onkologiya Mərkəzində yaradılan şəraitdən razı qaldığını demişdir. Bildirmişdir ki, Milli Onkologiya Mərkəzi onun gördüyü ən gözəl mərkəzlərdən biridir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM