07 Oktyabr 2021 22:21
1501
İDMAN
A- A+

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib

 

Oktyabrın 7-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransı MOK-un Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov və Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Atletlərinin 6-cı Assambleyasına qatılan komissiyanın iki üzvü - Fəridə Əzizova (taekvondo) və Nazim Babayevin (atletika) iştirakı ilə baş tutub.

Rüstəm Orucov tədbirdə çıxış edərək Komissiyanın idmançıların problemlərini həll etmək üçün yaradıldığını bildirib. O, hazırda idmanla məşğul olan, eyni zamanda, karyeralarını bitirmiş idmançıların problemlərini həll etmək üçün belə bir komissiyanın təşkilinə ehtiyac yarandığını vurğulayaraq deyib: “İdmançıların problemlərini aradan qaldırmaq üçün belə bir qurumun yaradılmasına ehtiyac var idi. Düşünürəm ki, biz əlaqəli şəkildə işləyərək idmançıların problemlərinin həllinə kömək göstərə bilərik. Eyni zamanda, karyeralarını bitirmiş idmançıların da hansı çətinliklərlə qarşılaşdıqlarını bilmək istərdik”.

Nazim Babayev Dubrovnik şəhərində keçirilən seçkilərdə iştirakından danışaraq qeyd edib ki, Assambleyada Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib: “Bu Assambleyada seçkilərlə bağlı müzakirələr aparıldı. Avropa Atletlər Komissiyasına yay və qış idman növləri üzrə namizədlərin seçkisində ölkəmizi təmsil etdiyimizə görə qürur duyuruq. Düşünürük ki, Avropa Atletlər Komissiyasının növbəti toplantılarında Azərbaycan idmançıları ilə bağlı müəyyən problemləri qaldıracağıq”.

MOK-un Atletlər Komissiyasının üzvü qurumun fəaliyyəti ilə bağlı qeyd edib ki, hazırda idmançılar pandemiya ilə əlaqədar müəyyən problemlərlə üzləşirlər. Komissiyanın yaranmasının əsas səbəbi bu və ya digər problemləri aradan qaldırmaqdır.

Komissiyanın digər üzvü taekvondoçu Fəridə Əzizova Xorvatiyanın Dubrovmik şəhərində keçirilən seçkidə Tokio Olimpiadasının yekunları ilə bağlı müzakirələrin aparıldığını bildirib.

MOK-un Atletlər Komissiyasının gələcək fəaliyyətinə toxunan idmançı komissiyada gender bərabərliyinin qorunduğunu da qeyd edib: “Komissiyada gender bərabərliyi qorunub. Belə ki, üzvlərin dördü kişi, dördü isə qadındır. Komissiyanın fəaliyyəti ilə bağlı bir sıra planlarımız var. Gələcəkdə treninqlərin keçirilməsi də nəzərdə tutulub”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video