15 Yanvar 2013 04:01
489
PARLAMENT
A- A+

Milli Məclisin yaz sessiyası fevralın 1-də öz işinə başlayacaqdır

 

Fevralın 1-də Milli Məclisin yaz sessiyası öz işinə başlayacaqdır. Bu barədə AzərTAc-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir.

A.Təvəkküloğlu demişdir ki, yanvarın 15-də Milli Məclisin deputatlarının qış istirahəti başa çatır və daxili nizamnaməyə əsasən, həmin gündən parlamentin komitələri işə başlayır. Fevralın 1-dək komitələr yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək, məqsədəuyğun hesab edilən sənədləri Milli Məclisin müzakirəsinə tövsiyə edəcəklər.

Qeyd edək ki, yaz sessiyasında bir sıra vacib qanunların qəbulu gözlənilir. Konstitusiyaya uyğun olaraq parlamentin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyətinə dair hesabatı dinləniləcəkdir.

Daxili nizamnaməyə görə, yaz sessiyası may ayının sonunda başa çatır. Amma sessiyanın müddətinin uzadılacağı istisna edilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video