08 Noyabr 2013 01:11
393
PARLAMENT
A- A+

Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir

 

Noyabrın 7-də Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin növbəti iclası keçirilmişdir.

Əvvəlcə komitənin sədri Hadi Rəcəbli gündəlikdə duran "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsi ilə bağlı məlumat vermişdir. Bildirilmişdir ki, yeni qanun layihəsi 5 fəsildən, 25 maddədən ibarətdir. Layihədə dövlət siyasətinin əsas istiqamətləri, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtləri, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələri əksini tapmışdır. Qanun layihəsində uşaqların qruplar şəklində xarici ölkələrdə dövlət büdcəsi hesabına istirahətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkili də müəyyən olunmuşdur. Layihədə uşaqlar üçün nəzərdə tutulan müddəaların pozulmasına görə cavabdeh olan fiziki və hüquqi şəxslər üçün məsuliyyət də nəzərdə tutulur. Daha sonra deputatlar, müvafiq qurumların nümayəndələri çıxış etmiş, qanun layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Sonda qanun layihəsi bir sıra əlavə təkliflərin nəzərə alınması ilə yenidən işlənməsi üçün işçi qrupuna təhvil verilmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video