06 Mart 2014 02:03
404
PARLAMENT
A- A+

Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir

 

Martın 5-də Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclasın gündəliyində duran "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında məlumat vermişdir.

Qeyd edilmişdir ki, "Tibbi sığorta haqqında" Qanunun 13-cü maddənin ikinci hissəsində edilmiş dəyişikliklərə əsasən tibbi sığorta təşkilatı sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün "Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta haqları hesabına sığorta ehtiyatları formalaşdırılmalıdır. Qanunun 16-cı maddəsinin beşinci hissəsində "qanunvericiliyində müəyyən edilmiş qaydada məhkəmə tərəfindən" sözləri "qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında" sözləri ilə əvəz edilir. Eyni zamanda, 17-ci maddədə "qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəz edilir.

"Bədən tərbiyəsi və idman haqqında" Qanunda edilmiş dəyişikliklərə əsasən qanunun 16.8-ci maddəsi aşağıdakı kimi olacaqdır: "Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir". 60.1-ci maddə isə belə adlanacaqdır: "Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri ilə əlaqədar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir".

Qanun layihəsində edilmiş daha bir dəyişikliyə uyğun olaraq isə 60.2-ci maddə ləğv olunur. Qanunun 62-ci maddəsində "müvafiq qanunvericiliyinə uyğun olaraq" sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda" sözləri ilə əvəzlənir.

Hadi Rəcəbli vurğulamışdır ki, mövcud "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun işləmə mexanizmi zəifdir. Artıq dünyanın bütün inkişaf etmiş ölkələrində tibbi sığorta çox aktual məsələdir. Azərbaycanda da bu sahədə nisbətən canlanma hiss olunur. 2015-ci ildə "Tibbi sığorta haqqında" Qanunun praktiki həyata keçirilməsi gözlənilir.

İclasda mövcud qanunun monitorinqinin aparılması və cari ilin aprelində bu sahədə mütəxəssislərin Milli Məclisdə dinləmələrinin keçirilməsi məsələsi tövsiyə olunmuşdur.

"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunarkən Olimpiya Oyunlarında könüllülər hərəkatı məsələsinin daha yaxından öyrənilməsi və bu qanuna əlavə edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video