29 Sentyabr 2021 12:43
816
PARLAMENT
A- A+

Milli Məclisin sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb

 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini xanım Bailam Kesenbayeva, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov və digər rəsmi şəxslər qarşılayıblar.

Nümayəndə heyətimiz ölkəmizin Qazaxıstandakı səfirliyini ziyarət edərək səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Milli Məclisin sədri Sahibə Qafarova və deputatlarımız səfirlikdə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər. Burada parlament nümayəndə heyətinin üzvləri 27 Sentyabr - Anım Gününə həsr olunmuş banerin qarşısına gül qoyaraq şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Milli Məclisin sədri Sahibə Qafarova səfirlikdə Heydər Əliyev Muzeyi ilə də tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb, xatirə kitabına ürək sözlərini yazıb. Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Milli Məclisin sədrini səfirliyin fəaliyyəti ilə tanış edib.

Sonra Milli Məclisin nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Muzeyinə gedərək oradakı eksponatlarla tanış olub. Azərbaycan parlamentinin rəhbəri muzeyin xatirə kitabına da ürək sözlərini yazıb və muzeyə hədiyyə təqdim edib.

Sonra nümayəndə heyəti Nazarbayev Universitetində olub. Nümayəndə heyətinin üzvləri bu təhsil kompleksində professor-müəllim kollektivi üçün yaradılmış şəraitlə tanış olub, onlara universitet haqqında geniş məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video