04 Sentyabr 2021 15:58
940
SİYASƏT
A- A+

Milli Məclisin sədri Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək  

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Parlamentlərarası İttifaqın, Avstriya parlamentinin təşkilatçılığı və BMT ilə əməkdaşlıq əsasında baş tutacaq konfransdan əvvəl Qadın Parlament Sədrlərinin 13-cü Görüşü keçiriləcək. Görüşdə Milli Məclisin sədri müzakirə olunacaq məsələlərlə bağlı çıxış edəcək.

Parlament Sədrlərinin V Ümumdünya Konfransında spikerlər pandemiya ilə mübarizə, post-COVID dövründə gözləntilər, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinformasiyanın qarşısının alınması, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi mövzularında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 9-da başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video