09 Fevral 2014 02:02
420
PARLAMENT
A- A+

Milli Məclisin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak edəcəkdir

 

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 11-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Azay Quliyev və Ağalar Vəliyev daxildirlər.

ATƏT PA-nın qış sessiyasında"Ekstremizmin, radikalizmin və ksenofobiyanın güclənməsinin ATƏT regionuna təsiri", "Ukraynada siyasi vəziyyət" mövzuları ilə bağlı müzakirələr keçiriləcək.

Sessiya çərçivəsində qurumun Demokratiya, insan haqları və humanitar məsələlər, Siyasi məsələlər və təhlükəsizlik, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə komitələrinin iclasları  keçiriləcək. Tədbirlərdə ATƏT regionunda qanunun aliliyi, silahlı qüvvələrə və təhlükəsizliyə parlament nəzarətinin həyata keçirilməsi, bu sahədə milli və beynəlxalq səviyyədə şəffaflığın təmin edilməsi, su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Səfər zamanı parlamentin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın Daimi komitəsinin toplantısına da qatılacaq. Yığıncaqda seçkiləri müşahidə missiyalarının və xüsusi komitələrin fəaliyyəti barədə məruzələr dinləniləcək, təşkilatın cari ilin aprel ayında Kopenhagendə Büro iclasına, 28 iyun - 2 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü illik sessiyasına və digər tədbirlərə hazırlıqla əlaqədar məsələlərə baxılacaq.

Milli Məclisin deputatları qurumun tədbirlərində müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər.

Səfər fevralın 14-də başa çatacaq.

 

Milli Məclisin

mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video