06:54 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Baş Prokurorluğun yeni inzibati bina kompleksində olublar
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:49 23.09.2021

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Azərbaycan Prokurorluğunun yaradılmasının 103-cü ildönümü, habelə 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə prokurorluq əməkdaşlarını təbrik məqsədilə sentyabrın 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Binəqədi rayonunun Dərnəgül yaşayış sahəsində yerləşən yeni inzibati bina kompleksində olublar.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqlarına baxıblar.

Sonra Baş prokurorun müavini Elmar Camalovun rəhbərlik etdiyi heyət qonaqlarla görüşüb.

Görüşdə qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəal hüquq-mühafizə siyasəti və yüksək dövlət qayğısı nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin ən müasir tələblər səviyyəsində təkmilləşdirildiyi, infrastrukturunun yaxşılaşdırıldığı vurğulanıb, prokurorluq orqanlarında həyata keçirilən müasir məzmunlu islahatlar, əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə görülən işlərdən məmnunluğunu bildirib, 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə bütün prokurorluq əməkdaşlarına uğurlar arzulayıb.

Söhbət zamanı qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM