13 Mart 2021 14:59
851
PARLAMENT
A- A+

Milli Məclisin gənclər və idman komitəsində həkimlərlə görüş keçirilib

 

Martın 13-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan vitse-spiker Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsindən danışıb, bu tarixi Qələbənin tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib.

Döyüş meydanında qazanılmış Qələbənin dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsinə toxunan Adil Əliyev nəticədə Ağdam, Kəlbəcər, Laçın və digər şəhər və rayonlarımızın bir güllə belə atılmadan geri alınmasını diplomatiyamızın çox böyük uğuru adlandırıb. Qeyd edib ki, Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan xalqının arxa cəbhədə, igidlərimizin isə ön cəbhədə şücaəti ölkəmizin gücünü bütün dünyaya bir daha göstərib.

2020-ci ildə həkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını yüksək qiymətləndirib.

Bildirib ki, həkimlərimizin gərgin əməyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir sıra hərbçilərimizin müalicəsi isə davam etdirilir. Adil Əliyev göstərdikləri fədakarlığa və vətənpərvərliyə görə həkimlərə bir daha təşəkkürünü bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Görüşdə iştirak edən həkimlər torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını və yaralanmış hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar.

Sonda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video