29 Aprel 2021 21:47
453
SİYASƏT
A- A+

Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin 7-ci Qlobal Konfransında iştirak ediblər

 

Aprelin 28-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin iki günlük 7-ci Qlobal Konfransı onlayn formatda işə başlayıb. “COVID-19 sonrası bərpa: gənclərin maraqlarına uyğun yanaşma” mövzusuna həsr edilən tədbirdə Milli Məclisin deputatları Kamran Bayramov, Nigar Arpadarai, Pərvin Kərimzadə və Naqif Həmzəyev iştirak ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn konfransın birinci günündə çıxış edən Milli Məclisin deputatı Kamran Bayramov pandemiyanın gənclərə təsiri, onların psixoloji vəziyyəti, pandemiya dövründə könüllülük fəaliyyətinin faydası barədə danışıb.

Bildirib ki, Parlamentlərarası İttifaq çərçivəsində bu mövzuya həsr olunmuş onlayn konfranslar vasitəsilə gənc parlamentarilər arasında hərtərəfli təcrübə mübadiləsi təmin edilməlidir. Deputat pandemiya dövründə gənclərin hüquqlarının qorunması və genişləndirilməsi sahəsində gənc parlamentarilərin fəaliyyəti üçün rəhbər prinsiplərin hazırlanmasının və qəbul edilməsinin vacibliyindən danışıb.

Sonra tədbirdə “Yuxarı sinif və universitet təhsilinin dəstəklənməsi bərpa gündəminin prioritetlərindən biri kimi” mövzusunda müzakirələr aparılıb.

Konfransda çıxış edən digər ölkələrin gənc parlament nümayəndələri də gənclərin pandemiyanın mənfi təsirlərindən qorunması yolları barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Konfransın ikinci günündə “Pandemiyadan sonra sağlam gənclik” və “İqtisadi imkanların genişləndirilməsi: problemlərin fürsətə çevrilməsi” mövzularında məruzələr dinlənilib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Bununla da iki günlük konfrans işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video