15 Oktyabr 2021 20:29
520
SİYASƏT
A- A+

Milli Məclisin deputatı terrorizmlə bağlı çağırışların həllində parlamentlərin vacib rolundan danışıb  

Oktyabrın 14-15-də ATƏT-in və ATƏT PA-nın birgə təşkil etdiyi “Xarici terrorçuların mühakiməsi, reabilitasiyası və reinteqrasiyası ilə bağlı Cənub-Şərqi Avropadan olan qanunvericilərlə regional siyasət üzrə dialoq” mövzusunda konfrans keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hibrid formatda təşkil edilən tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib. Konfransa ATƏT PA-nın prezidenti Marqareta Sedefelt, Yunanıstanın daxili işlər naziri Makis Voridis, BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov, ATƏT-in Transmilli Təhdidlərə Qarşı Fəaliyyət Koordinatoru Alena Kupçina, Cənub-Şərqi Avropadan olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və elm xadimləri qatılıblar.

İkigünlük konfrans çərçivəsində qlobal və regional miqyasda terrorizmlə mübarizə, cinayət prosesinin və ədalətli istintaqın aparılması, ölkələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi, repatriasiya və postməhkumluq məsələləri haqda fikir və təcrübə mübadiləsi aparılıb.

Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə yekun nitq söyləyib.

O, çıxışında konfransdakı müzakirələrdə terrorizmlə bağlı çağırışların həllində parlamentlərin oynadığı vacib rolun vurğulandığını bildirib, ekstremizm və radikallaşma ilə mübarizədə hökumətlər arasında səmərəli koordinasiyanın və parlamentlərarası dialoqun əhəmiyyətini qeyd edib. Azay Quliyev terror təhdidinin aradan qaldırılması və yenidən əmələ gəlməsinin qarşısının alınması üçün Cənub-Şərqi Avropa üzrə regional və qlobal əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video