02 Mart 2021 17:02
925
PARLAMENT
A- A+

Milli Məclisdə Vətən müharibəsi şəhidinin ailə üzvləri, müharibə iştirakçıları və idmançılar ilə görüş keçirilib

 

Martın 2-də Milli Məclisin gənclər və idman komitəsində şəhid Xudayar Yusifzadənin anası, bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi şücaətdən danışaraq, qüdrətli Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatla ölkəmizin tarixində yeni səhifə açıldığını bildirib. Qeyd edilib ki, ölkəmiz dəfələrlə münaqişənin dinc yolla və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həlli istiqamətində addımlar atmasına baxmayaraq, Ermənistan rəhbərliyinin yürütdüyü siyasət münaqişənin sülh yolu ilə həllini mümkünsüz etdi. Bu haqq müharibəmizdə hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdilər. İgidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir gəncimiz üçün örnək olmalıdır.

Diqqətə çatdırılıb ki, bu müharibə ordumuzun gücünü dünyaya göstərməklə yanaşı, Ermənistanın tənəzzül prosesini də sürətləndirib. Çünki müharibədəki biabırçı məğlubiyyətdən sonra Ermənistanın uzun müddət özünə gəlməsi qeyri-mümkündür.

Söhbət zamanı qeyd olunub ki, hazırda azad olunmuş ərazilərin bərpası ilə yanaşı, şəhid ailələri və qazilərin problemlərinin həlli də dövlətin diqqət mərkəzindədir. Bu günə qədər bir çox şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Şəhid və qazi ailələrinin qayğılarının həlli istiqamətində hər birimizin səfərbər olması bizim mənəvi borcumuzdur.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyi ifadə olunub, şəhid Xudayar Yusifzadənin anasının timsalında bütün şəhid ailələrinə minnətdarlıq bildirilib.

Sonda Vətən müharibəsinin iştirakçılarına, idmançılara və fəal gənclərin bir qisminə Milli Məclisin gənclər və idman komitəsinin “Fəxri fərmanı təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video