19 Noyabr 2011 01:11
974
Milli Məclis
A- A+

Milli Məclisdə uşaq hüquqlarına həsr olunmuş «dəyirmi masa»

 

Noyabrın 18-də Azərbaycan Respublikasının Milli Məclisində Avropa İttifaqının maliyyələşdirdiyi "Uşaqların Xilası" (Save the Children) beynəlxalq təşkilatı ilə birgə "Milli Qanunvericilikdə Uşaq hüquqları: reallıqlar və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, ictimai müzakirə əlamətdar bir dövrə - BMT-nin uşaq  hüquqları ilə bağlı xüsusi konvensiyasının ildönümünə təsadüf  etmişdir. H.Rəcəbli Milli Məclisdə uşaq hüquqları ilə bağlı qəbul edilmiş qanun və qərarlar barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, "dəyirmi masa"nın təşkili ölkəmizdə uşaq və gənclərin hüquqlarının müdafiəsinin, sosial-iqtisadi inkişafının daha  da təkmilləşdirilməsinə xidmət edir. 

"Uşaqların Xilası" (Save the Children) təşkilatının Azərbaycan  və Gürcüstan üzrə direktoru Lesile Vilson demişdir ki, 90  il əvvəl yaranan qurum məhz uşaqların hüquqlarının müdafiəsi sahəsində  qanunvericilikdə mövcud olan boşluqların aradan qaldırılması məqsədi daşıyır. Təşkilat rəhbəri fəaliyyətlərinin daha da genişləndirilməsi sahəsində görülən işlər barədə danışmışdır.  Bildirilmişdir ki, Azərbaycan parlamentində keçirilən bu tədbir uşaq və gənclərin peşə hazırlığının artırılmasına, onların həyat bacarıqlarının inkişaf etdirilməsinə, yaşadıqları müvəqqəti yaşayış müəssisələrini tərk etdikdən sonra müstəqil fəaliyyət sahəsində mövcud problemlərinin aradan qaldırılmasına yardım göstərəcəkdir.

Sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı, "Lider qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı ölkəmizdə  cəmiyyətin həssas təbəqəsi olan uşaqlara göstərilən dövlət    qayğısından danışmışdır. O, Heydər Əliyev Fondunun bu sahədəki əvəzsiz xidmətlərini, Fondun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğını xüsusi qeyd etmişdir.

"Dəyirmi masa"da iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, deputatlar Sədaqət Vəliyeva, Sevinc  Hüseynova, Rauf Əliyev, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri bu sahədə əldə olunan nailiyyətlərdən danışmış, beynəlxalq təcrübə barədə fikirlərini bölüşmüş, rəy və təkliflərini səsləndirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video