Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsinin geniş müzakirəsi keçirilib
Noyabrın 8-də Milli Məclisdə "Şəhərlərin formalaşmasında hüquq bir alət kimi" mövzusunda "dəyirmi masa" keçirilib. Bu tədbir Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramı çərçivəsində baş tutub.
"Dəyirmi masa"da bu il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsinin icrası ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb. Mərasimdə Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri, Ali Məhkəmə və apelyasiya məhkəmələrinin hakimləri, eləcə də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri və həmin ölkənin yüksək səviyyəli şəxsləri iştirak ediblər.
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirib ki, son 10 ildə ölkəmizdə sürətli hüquqi islahatlar həyata keçirilib, müxtəlif sahələri əhatə edən yeni qanunlar hazırlanaraq qəbul olunub. Həmin sənədlərdən biri isə bu il yanvarın 1-dən qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsidir. O deyib: "Məcəllənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub və sənəd beynəlxalq ekspertlərlə birlikdə işlənilib. Bizim məqsədimiz Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqindən bir il sonra meydana çıxan problemlərin həlli yollarının axtarılması və bununla bağlı beynəlxalq ekspertlərin rəylərini almaqdır. Hazırda məcəllənin icrası sahəsində müəyyən proseslərin tənzimlənməsi üçün xarici mütəxəssislərlə birgə geniş araşdırmalar aparılır".
S.Kərimov məcəllənin icrasında, xüsusilə də, ərazi planlaşdırmasında ictimaiyyətin marağının nəzərə alınmasının vacibliyini dedi: "Ərazilərin planlaşdırılmasında ictimaiyyətin iştirakının olması, əhaliyə kifayət qədər məlumat verilməsi çox əhəmiyyətli məsələdir. Ərazinin planlaşdırılması məsələsində maraqlı şəxslərin hüquqlarının qorunması üçün lazımi tədbirlər görülməlidir". Onun sözlərinə görə, ictimai istifadə üçün nəzərdə tutulan sosial obyektlərdə mühüm problemlər var. Məsələn, yaşlı, ahıl və əlil insanlar bu obyektlərdə sərbəst hərəkət edə bilmirlər. Əlillərin yolun bir tərəfindən o birinə keçməsi, səkilərdə nəqliyyata minməsi, metroya düşməsi və yerüstü obyektlərdən istifadə imkanları məhduddur. Sosial obyektlərin tikintisində belə hallar nəzərə alınmalıdır. Çünki ölkə ərazisində hərəkət çevikliyinin təmin edilməsi mühüm məsələdir. Şəhərsalma və Tikinti Məcəlləsində dövlət və bələdiyyəçilik təcrübəsi də nəzərə alınıb. Tikintiyə icazə ilə bağlı islahatlar aparılıb. Tikintinin istismara qəbul edilməsi institutu ləğv edilərək, tikintiyə icazə institutu yaradılıb.
Daha sonra Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramının Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser Şəhərsalma və Tikinti Məcəlləsinin modern qanunlardan biri olduğunu deyərək sənədin icrası üçün vacib məsələlərdən danışıb. Bildirib ki, məcəllənin yerlərdə də təqdimatı keçiriləcəkdir: "İndi əsas məqsəd bütün maraqları nəzərə almaqla qanunun icrasını təmin etməkdir. Burada mühüm məsələdən biri də şəhərin özünəməxsusluğunu qoruyub saxlamaqdır ki, bu da inzibati qaydada həyata keçirilməlidir".
Almaniyanın Baden - Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberq isə "Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması prosesinə Almaniyada hüququn tətbiqinə dair təsir göstərən təcrübələr" barədə məruzə edib. Qeyd edib ki, Almaniyada şəhərsalma planı hazırlanarkən hər bir vətəndaşın fikri öyrənilir. Əgər müəyyən narazılıqlar varsa, həmin plana yenidən baxılır. Bundan başqa, qanunvericiliyin tələbindən kənar tikinti aparılarsa, həmin şəhərsalma planı əsassız sayılır. Buna görə də şəhərsalma planı hazırlanarkən ictimaiyyətin bundan xəbəri olmalıdır. Burada ayrı-ayrı fərdlərlə yanaşı, ictimai marağı da nəzərə almaq lazımdır.
Daha sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun "Azərbaycanda yeni Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi ilə hansı məqsədlər güdülür?", Almaniyanın Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberqerin "Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsinin hazırlanması prosesinə Almaniyada hüququn tətbiqinə dair təsir göstərən təcrübələr", Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov "Şəhərsalma və tikinti Məcəlləsinin ərazi planlaşdırılması hissəsinin icrası ilə bağlı mövcud vəziyyət və bu zaman meydana çıxan problemlər", Almaniyanın Mərkəzi Yuxarı Reyn Regional Birliyinin icraçı direktoru Qerd Haqer "Tikinti Planlaşdırılması hüququnun həyata keçirilməsi üçün zəruri olan struktur, kadr və peşəkar şərtlər", Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzarət müfəttişliyinin nəzarət sektorunun müdiri Kərim Ağayev "Almaniyaya tikinti hüququna dair həyata keçirilmiş səfər barəsində məlumat - Almaniyadan Azərbaycana ötürülə biləcək təcrübə" mövzularında məruzələri dinlənilmişdir.
Müzakirələr zamanı qeyd olundu ki, Şəhərsalma və Tikinti Məcəlləsi sadə qaydalara əsaslanır və Azərbaycanın mövcud şəraitinə uyğundur.
Elgün MƏNSİMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!