20:23 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:36 03.03.2021

 

Martın 3-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycanın aparıcı texnoloji şirkətlərini birləşdirən Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) nümayəndələri ilə görüş keçiriblər.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yeni şəraitdə informasiya texnologiyaları ilə məşğul olan şirkətlərin fəaliyyəti, qlobal və yerli bazara innovativ, rəqabətqabiliyyətli, keyfiyyətli məhsul və xidmətləri təklif etmək məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov və qurumu təmsil edən Rauf Həsənov (“BestComp Group”), İlham Namazov (“Cybernet”), Məhəmməd Zülfüqarlı (“Ultra Technologies”), Hikmət Abdullayev (“IDRAK Technology Transfer Company”), Vüsal Rüstəmov (İnnovasiyalar Mərkəzi), Yana Krimpe (“B.EST Solutions”) iştirak ediblər.

Qonaqları salamlayan iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, ölkəmizin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqi, innovativ fəaliyyətin dəstəklənməsi iqtisadi siyasətdə prioritet məsələlərdəndir. Müasir dövrdə dünyada iqtisadi inkişaf “biliklərə əsaslanan iqtisadiyyat” mərhələsinə keçib və yaxın illərdə üstünlük innovativ potensialdan səmərəli istifadə etməyi bacaran ölkələrdə olacaqdır.

Tahir Mirkişili əlavə edib ki, İKT ilə bağlı qanunvericiliyin təkmilləşməsi üzərində iş gedir, bu sahədə problemlər öyrənilir, bir sıra qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır, qanun layihələri təhlil edilir, xarici ölkələrin təcrübəsi öyrənilir.

Görüşdə çıxış edən iqtisadi siyasət komitənin üzvləri Əli Məsimli və Elnur Allahverdiyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.

Daha sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Sonda bu cür görüşlərin mütəmadi keçirilməsi və qanunvericilik sahəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə AZİNNEX arasında əməkdaşlığın qurulması qərara alınıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM