19 May 2021 20:08
1061
PARLAMENT
A- A+

Milli Məclisdə Azərbaycanın Baltikyanı ölkələrlə əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

 

Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkələrimiz arasındakı tarixi bağlara toxunan komitə sədri Baltikyanı ölkələrin parlamentariləri ilə daha sıx əlaqələrin qurulmasının, qarşılıqlı rəsmi səfərlərin təşkilinin, informasiya mübadiləsinin intensivləşdirilməsinin, ikitərəfli dialoqun canlandırılmasının vacibliyini diplomatların nəzərinə çatdırıb. Latviyalı və estoniyalı həmkarları ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentində əməkdaşlıq əlaqələrindən söz açıb.

Azərbaycanın torpaqlarını işğaldan azad etdiyini, bölgədə yeni reallıqların yarandığını qeyd edən Səməd Seyidov bəzi Avropa dövlətlərinin mövcud reallığı görməzdən gəldiyini, sərhədlərin demarkasiyası məsələsində Ermənistanın təxribatçı bəyanatlarına uyaraq obyektivlikdən uzaq mövqe sərgilədiyini vurğulayıb.

Görüşdə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs parlamentlər səviyyəsində əməkdaşlığı çox yüksək qiymətləndirdiklərini bildirib. Pandemiya şəraitinə baxmayaraq, Latviya ilə Azərbaycan arasında münasibətlərin genişləndiyini vurğulayıb. Qarşıdakı aylarda Latviya deputatlarının Azərbaycana planlaşdırılan səfəri və digər məsələlər barədə məlumat verib.

Söhbət zamanı Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında törətdiyi dağıntıları öz gözü ilə gördüyünü deyən səfir Dainis Qarancs bildirib ki, Azərbaycanın bölgədə sülhü və sabitliyi qorumaq əzmindən çox məmnundurlar.

Görüşdə iştirak edən Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov əməkdaşlıq əlaqələrinin perspektivlərinə dair fikirlərini bölüşüblər. Avropada Azərbaycan həqiqətlərinin yayılması, bölgədəki vəziyyətlə bağlı obyektiv durumu əks etdirən məlumatların lazımi instansiyalara çatdırılmasının vacibliyi bildirilib. Qonaqların nəzərinə çatdırılıb ki, ölkəmiz dünyada və bölgədə sülh istəyir. Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünün də xeyrinə olacaq.

Sonra çıxış edən Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov bu görüşün çox maraqlı keçdiyini və faydalı olduğunu bildirib. Parlamentlərimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəyinə dair fikirlərini bölüşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video