16 Sentyabr 2021 16:20
872
PARLAMENT
A- A+

Milli Məclisdə Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu yüksək qiymətləndirilib

Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında onlayn formatda birinci iclasını keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda komitənin sədri Ziyafət Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə gördüyü işlər barədə hesabatı təqdim edib. O qeyd edib ki, hesabat dövründə komitədə keçirilən 11 iclasda 21 məsələyə baxılıb. O cümlədən, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlarda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə və eyni zamanda, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət Nizamnaməsi”ndə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsinə dair günün tələbindən irəli gələn qanun layihələrinə, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq olunmasına baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən qanun layihələrinin əksəriyyəti komitədə üç oxunuşdan keçib və parlamentdə qəbul olunub.

Hesabatda vurğulanıb ki, sessiya ərzində seçicilərin qayğıları diqqət mərkəzində saxlanılıb, komitəyə daxil olan 121 ərizə və şikayət araşdırılıb, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 55 məktub göndərilib. Digər müraciətlər isə ictimai qaydada öz həllini tapıb.

Ziyafət Əsgərov qeyd edib ki, hesabat dövründə komitə üzvləri sosial şəbəkələrdə fəallıq göstəriblər, ordumuza dəstəklə, həmçinin ölkəmiz və xalqımız üçün taleyüklü məsələlərlə bağlı KİV-lərdə sanballı məqalələrlə çıxış ediblər.

Sonra onlayn iclasda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

Komitənin payız sessiyasında keçirilən ilk iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə də baxılıb, sənədin əhəmiyyəti ətraflı şərh edilib.

Müzakirə zamanı komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Elman Məmmədov, Aydın Mirzəzadə, Arzu Nağıyev parlamentin yaz və növbədənkənar sessiyaları dövründə görülmüş işlər və payız sessiyası üçün iş planı barədə fikirlərini bildiriblər. Qardaş ölkələr olan Azərbaycanla Türkiyənin xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu yüksək qiymətləndirilib. Deputatlar komitənin işi ilə bağlı bir sıra təkliflərini nəzərə çatdırıblar.

Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıların təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Komitənin iclasında deputatlar Bəxtiyar Sadıqov, Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Erkin Qədirli, Nurlan Həsənov, Kamal Cəfərov və Aqil Abbas, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video