03:35 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclisdə Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin davamlı inkişafından bəhs edilib
ANA SƏHİFƏ / PARLAMENT
00:00 02.07.2021

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-bildirilib ki, komitə sədri dahi rəhbərlər - Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin mövcudluğundan danışıb. Bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi bu dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha da inkişafı ilə bağlı ardıcıl işlər görülür. Strateji müttəfiqliyimizi təsbit edən Bəyannamənin məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır.

Hər iki ölkənin parlamentlərində qarşılıqlı əlaqələr üzrə geniştərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, həmçinin bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.

Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirib. Səfir Azərbaycanda çox tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Qənirə Paşayeva Cahit Bağçıya dekorativ sənət nümunəsi olan “Xarıbülbül” xatirə hədiyyəsi təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM