07:38 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

 Milli Məclis sədrinin müavini: Azərbaycan dövləti hər zaman vətəndaşının, hərbçisinin yanındadır
ANA SƏHİFƏ / PARLAMENT
19:05 07.07.2021

 

İyulun 7-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Tərtər rayonundan olan Vətən müharibəsi iştirakçılarının bir qismi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Adil Əliyev ötən il qazanılmış tarixi şanlı Zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, şanlı tariximizin ən böyük hadisələrindən biri olan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər işğal altında qalmış əzəli və əbədi torpaqlarımızı düşmən tapdağından həmişəlik azad edib. Qazanılmış bu tarixi Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Bu Qələbə ulu öndər Heydər Əliyevin dövründə ordu quruculuğu, peşəkar hərbi qulluqçuların hazırlanması, idmanda kütləviliyin təmin edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində aparılan müdrik siyasətin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Xalqımızın bir yumruq kimi birləşməsi, istər ön cəbhədə, istərsə də arxa cəbhədə görülən işlər tarixi Zəfərimizi təmin edib.

Sədr müavini bildirib ki, müharibədən sonrakı dövrdə aparılan abadlıq və quruculuq işləri öz bəhrəsini verir və Qarabağımıza yeni nəfəs gəlməkdədir. Şuşa şəhəri uzun illərdən sonra yenidən festivallara, mədəni tədbirlərə ev sahibliyi etməyə başlayıb, infrastruktur yenidən qurulur, hava limanları tikilir, habelə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları icra olunur.

Adil Əliyev diqqətə çatdırıb ki, şəhid ailələri və qazilərimizin qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Dövlət tərəfindən onların çətinliklərinin həlli istiqamətində lazımi addımlar atılır, bu məqsədlə “YAŞAT” Fondu təsis edilib. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Vətən müharibəsinin iştirakçıları və şəhid ailələrinin sosial problemlərini qısa müddət ərzində həll etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının strukturlarında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri yaradılıb.

Görüşdə iştirak edən Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Təşkilatının Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun övladı Emin Hüseynli səmimi qəbula görə təşəkkürlərini bildirərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində qazanılmış Qələbədən və xalqımızın doğma dədə-baba yurduna qovuşmasından məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, qazanılmış bu şanlı Qələbədən bütün dünya azərbaycanlıları qürur duyur.

Tərtər rayonundan olan Vətən müharibəsi iştirakçıları ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Onlara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.

Görüş iştirakçıları Bakı şəhərinə səfərləri çərçivəsində Şəhidlər xiyabanını və Hərbi Qənimətlər Parkını da ziyarət ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM