25 Sentyabr 2021 12:15
1192
PARLAMENT
A- A+

Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstanda səfərdə olacaq

 

Sentyabrın 27-dən 29-dək Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar sessiyasında iştirak edəcək, gündəlikdə duran məsələlərin müzakirəsinə qatılacaq. Sessiyada Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Tədbirin sonunda Türküstan Bəyannaməsi imzalanacaq.

Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərinə gələcək. Burada Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bu ölkənin birinci Prezidenti - elbası Nursultan Nazarbayevlə, Prezident Kasım-Jomart Tokayevlə, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulinlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri gözlənilir.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri, regional və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video