26 May 2021 15:36
1301
PARLAMENT
A- A+

Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub

 

Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iclası açaraq “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Qeyd edib ki, bu tarixi qanun layihəsi birinci oxunuşda geniş müzakirə olunub. Diqqətə çatdırıb ki, deputatların birinci oxunuşda səsləndirdiyi təkliflər bu Qanunun qəbulundan sonra onun tətbiqi ilə əlaqədar qəbul ediləcək sənədlərdə öz əksini tapacaq.

Milli Məclis sədrinin birinci müavini, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin hüquqi məsələləri ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, bu qanunun ideya müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Qanun layihəsi, əslində, dövlət qoruğu haqqındadır və hüquqi qanunvericilik texnikasına uyğundur. Bu qanun layihəsi Şuşa şəhərinin qorunması məqsədilə Azərbaycan Prezidentinin gələcəyə baxışıdır. Yəqin ki, qanun layihəsində göstərilən bir sıra məsələləri tənzimləyəcək yeni qanun layihələrinin qəbuluna ehtiyac olacaq.

Onlayn iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsinin iqtisadi aspektləri, işləmə mexanizmləri barədə fikirlərini bildirib, qeyd və təkliflərini diqqətə çatdırıb.

İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanunun tətbiqi zamanı qarşıya çıxacaq məsələlər, sakinlərin geri qayıtması, orada bələdiyyələrin fəaliyyəti barədə fikirlərini bildirib.

Müzakirələrin yekununda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əli Məsimli, Fazil Mustafa, Əziz Ələkbərli, Elşən Musayev, Ülviyyə Ağayeva və Ülviyyə Həmzəyeva iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video