04:49 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli Məclis komitələrinin birgə iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:10 15.04.2021

 

Aprelin 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.

Gündəlikdəki ikinci məsələni Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh edib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır, sənəd uyğunlaşdırma xarakteri daşıyır.

Videokonfransda Milli Məclis sədrinin birinci müavini qanun layihəsində təsbit olunan norma və qaydaların, xüsusən dini ekstremizmin təbliğinə və siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, bununla bağlı qanunvericilikdə mülki və cinayət məsuliyyəti mövcuddur, bu baxımdan müzakirəyə çıxarılan layihədə dəqiq mexanizmlərin nəzərdə tutulması müsbət haldır.

Komitələrin birgə iclasında aparılan müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Erkin Qədirli, Azay Quliyev, Cavanşir Paşazadə, Azər Badamov, Tahir Kərimli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qanunlara təklif olunan dəyişikliklərə müsbət münasibət bildiriblər.

Fikir mübadiləsindən sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Videokonfransda İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitələrin üzvləri Sevinc Fətəliyeva, Sabir Hacıyev, Nurlan Həsənov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM