02:39 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

MİDA mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyənlərə müraciət edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:23 31.07.2021

 

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən vətəndaşlara müraciət edib.

MİDA-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Mənzil İnşaatı Dövlət Agentliyinə daxil olmuş 2021-ci il 8 iyul tarixli məktuba əsasən, güzəştli ipoteka kreditlərinin verilməsi, o cümlədən agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi üçün Bank “BTB” ASC üzrə müəyyən edilmiş limitlərdən istifadənin fond tərəfindən müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Bu il avqustun 17-də Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Sumqayıt şəhərində güzəştli mənzillərin satışı başlayacaq. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

- ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

- agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Bununla əlaqədar olaraq, bildirilir ki, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan vətəndaşlar ilkin razılıq qərarının alınması üçün “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “TuranBank” ASC-yə müraciət edə bilərlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM