25 Sentyabr 2012 01:09
386
MSK
A- A+

Məzahir PƏNAHOV: Belarus MSK-nın peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir

 

Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər keçirilmişdir.

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir.

Bu fikri beynəlxalq müşahidəçi qismində Belarusda olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov BELTA-ya müsahibəsində səsləndirmişdir. 

M.Pənahov demişdir: "Azərbaycan MSK artıq 10 ildir Belarus MSK ilə sıx əməkdaşlıq edir. Belarus Mərkəzi Seçki Komissiyasının peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. Bu seçkilər və müşahidə etdiyimiz əvvəlki seçkilər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Məntəqələrdəki komissiya üzvləri çox savadlı insanlardır və öz işlərini yaxşı bilirlər".

Müşahidəçilərin seçkilərin hazırlanmasına və keçirilməsinə dair heç bir iradı olmadığını vurğulayan Məzahir Pənahov demişdir: "Ucqarlarda insanlar seçkilərdə daha mütəşəkkil  iştirak edirlər. Əslində, bütün dünyada belədir, çünki insanlar bir-birini, o cümlədən səs verməyə getdikləri namizədləri tanıyırlar. Buna görə də kəndlərdə seçicilərin fəallığı olduqca yüksəkdir".

Azərbaycan MSK-nın sədrinin sözlərinə görə, vaxtından əvvəl səsvermə Belarusda keçirilən seçkilərin fərqləndirici xüsusiyyətidir, çünki  bir çox kəndlərdə insanlar məhz vaxtından əvvəl səs verməyə gəlirlər.

M.Pənahov Belarusun bəzi müxalifət partiyalarının parlament seçkilərini boykot etmək çağırışlarını şərh edərək bildirmişdir ki, postsovet məkanında tez-tez təsadüf edilən belə hallar vətəndaşlıq mövqeyi nöqteyi-nəzərindən tamamilə qəbuledilməzdir.

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Minsk

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video