05 Fevral 2013 12:02
447
Elm və texnika
A- A+

Meyvə-tərəvəzlə bol qidalanan insanlar daha yüksək əhval-ruhiyyəli olurlar

 

Otaqo Universiteti (Yeni Zelandiya) alimlərinin əldə etdikləri eksperimental nəticəyə görə, meyvə-tərəvəz təkcə  vitamin mənbəyi deyil, həm də əhvalı yaxşılaşdıran, könlü xoş edən, stimullaşdırıcı effektə malik qidadır. Eksperimentdə 281 nəfər iştirak edib. 21 gün ərzində onların qidalandıqları rasiona görə özlərini necə hiss etdikləri araşdırılıb. Məlum olub ki, meyvə-tərəvəzlə bol qidalananlar digərlərinə nisbətən özlərini daha xoşbəxt hiss edir, daha rahat  və həyat enerjilidirlər.

Mütəxəssislər analoji effekt üçün hər gün 7-8 porsiya meyvə və tərəvəz yeməyi məsləhət görürlər. Onların izahına əsasən, bir porsiya bir ovucun həcmi qədərdir. Əlavə analizlərdən sonra bəlli olub ki, bir porsiya növbəti gün də əhvalın yüksək qalmasına bəs edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video