17:28 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Məşğulluğun təminatı sosial müdafiənin ilkin və əsas şərtidir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 03.09.2019


İlin 6 ayında ölkədə 92 min yeni iş yeri açılıb


Həyata keçirilən sosial islahatlar çoxşaxəlidir. Buraya əməkhaqları və pensiyaların, sosial müavinətlərin, həmçinin müxtəlif kateqoriyadan olan təqaüdlərin artırılması daxildir. Bununla yanaşı, aparılan sosial siyasətin əsas məqsədi əməkqabiliyyətli əhalinin işlə təmin olunmasıdır.

İşləyən hər bir vətəndaş özünün sosial rifahını yaxşılaşdırmağa qadirdir. Beləliklə, vətəndaş nəinki dövlətdən müxtəlif müavinətlər alır, həm də dövlət büdcəsinə və sosial müdafiə fonduna ödənişlər etməklə ümumi inkişafa da töhfə verir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin birinci yarısında ölkədə 92 min yeni iş yeri açılıb. Həmin dövrdə iş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunda yaradılıb. Bu da ölkədə sahibkarlığın inkişafından xəbər verir. Həmin dövrdə açılan yeni iş yerlərinin 43,8 faizi təzə yaradılmış, 28,5 faizi mövcud, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 27,4 faizi isə digər tədbirlər üzrə reallaşmışdır.

Hesabat dövründə 5,6 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 41,3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 58,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Müsbət hal odur ki, yeni yaradılan iş yerləri bağlanan iş yerlərindən dəfələrlə çoxdur.

Bu da onu göstərir ki, yeni iş yerlərinin açılmasının dinamikası yaxın gələcəkdə işsizliyin minimuma endirilməsinə imkan yaradacaq.

Cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1613,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,4 min nəfər, qeyri-dövlət sektorunda isə 710,3 min nəfər təşkil edib. Həmin dövrdə iqtisadiyyatın neft-qaz sektorunda 35, qeyri neft-qaz sektorunda isə 1578,7 min nəfər işləyib. Müəssisə və təşkilatlarda muzdla işləyənlərin çox hissəsi məhsul istehsalı sahələrində çalışıblar. Xidmət sahələrində isə işləyənlərin böyük əksəriyyəti təhsil sahəsində fəaliyyət göstərir.

İş yerlərinin açılması, minimum əməkhaqqının qaldırılması əhalinin əməkhaqlarının artmasına imkan yaradıb. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat təşkil edib. Ən yüksək əməkhaqqı neft-qaz sektorunda qeydə alınıb. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 477,8, özəl müəssisələrdə isə 724,9 manat olub.

Əməkhaqlarının artması əhalinin gəlirlərinin yüksəlməsinə də imkan yaradır. Cari ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32218,8 milyon manat təşkil edib ki, bunun da sayəsində əhalinin hər nəfərinin orta hesabla 3259,7 manat gəlir əldə etməsinə imkan yaranıb.

Bu ilin birinci yarısında hüquqi şəxslər tərəfindən yaradılan yeni iş yerlərinin 55,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə aiddir. Qalan iş yerləri tikinti, ticarət, nəqliyyat vasitələrinin təmiri, emal sənayesi, sosial təminat, turistlərin yerləşdirilməsi və iaşə xidməti, kənd təsərrüfatı, elmi-texniki fəaliyyət və digər sahələri əhatə edir.

Əhalinin sosial təminatı daim dövlətin diqqət mərkəzindədir. Ardıcıl həyata keçirilən sosial islahatların məqsədi ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılaraq 1854,8 milyon manata çatdırılmışdır. Bu vəsaitin 97,7 faizini pensiya xərcləri təşkil edir.

İlin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1291,3 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13 faizini təşkil edir. Onların 58,4 faizi yaşa, 30 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirdiyinə görə dövlətdən pensiya alır. Həmin dövrdə təyin olunan aylıq pensiyaların orta məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 232,3 manat təşkil edib ki, bu da orta aylıq əməkhaqqının 39,7 faizinə bərabərdir.

Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl islahatlar aparılır, qanunvericilikdə dəyişikliklər edilir. Bu məqsədlə dövlət başçısının 7 fevral 2019-cu il tarixli sərəncamına əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, cari il 1 yanvarın 1-də bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır.

Müxtəlif səbəblərdən pensiya ala bilməyənlər də unudulmur. Dövlət bu kateqoriyadan olan vətəndaşlara müəyyən qaydada sosial müavinətlər ödəyir. Belə ki, cari il iyulun 1-i vəziyyətinə görə ölkə üzrə 383,6 min nəfərə sosial müavinətlər təyin olunub. Əlilliyə görə 173 min, ailə başçısını itirməyə görə 47,1 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı isə 66,1 min nəfər olmuşdur. Bununla yanaşı, əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün də müavinət verilib.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM