17 Avqust 2013 01:08
357
MSK
A- A+

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

 

Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 2013-cü il 13 avqust və 14 avqust tarixli iclaslarının protokolları təsdiq edilmişdir.

Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadənin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin namizədliyi təsdiq edilsin.

Sevda Xanhüseyn qızı Əliyeva Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi, Rauf Rafiq oğlu Babayev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar.

Komissiya Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxmışdır. Mərkəzi Seçki Komissiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin də namizədliyinin təsdiqi barədə qərar çıxarmışdır.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsi kimi Elçin Əbdülrəhim oğlu Mirzəbəyli, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi isə İlqar Əlixan oğlu Məmmədxanov qeydə alınmışlar.

İclasda 43 saylı Sumqayıt üçüncü, 59 saylı Salyan və 120 saylı Cəbrayıl - Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir.

Komissiya cari məsələlərə də baxmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video