23:29 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
ANA SƏHİFƏ / MSK
02:12 24.12.2011

 

Dekabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə Komissiyanın 2011-ci il 9 dekabr tarixli iclas protokolu təsdiq edilmişdir. 

Sonra Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturu və ştat vahidinin yenidən təsdiq edilməsinə dair  məsələyə baxılmışdır. Sədr qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 1803 nömrəli sərəncamı ilə "Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 sentyabr tarixli 528 nömrəli sərəncamında İnformasiya Mərkəzinin Mərkəzi Seçki Komissiyası Katibliyinin tərkibinə daxil edilməsi məqsədilə müvafiq dəyişiklik edilmiş, sərəncamın icrası Mərkəzi Seçki Komissiyasına tövsiyə edilmişdir. Bununla əlaqədar, habelə Mərkəzi Seçki Komissiyasının qanunvericiliklə müəyyən edilmiş fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası Katibliyinin mövcud strukturunun və ştat vahidlərinin yenidən müəyyən edilərək təsdiq edilməsi zərurəti də yaranmışdır. M.Pənahov Komissiya üzvlərini qərar layihəsi ilə tanış etmişdir.

MSK qərara almışdır ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin ştat vahidlərinin sayı 118 olmaqla strukturu yenidən təsdiq edilsin. Eyni zamanda, MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin Komissiya Katibliyinin tərkibinə daxil edilməsi, habelə Katibliyin tərkibində bir şöbə və beş sektorun yaradılması, iki şöbənin isə adının dəyişdirilməsi barədə qərar çıxarılmışdır. 

MSK 11 saylı Qaradağ və 32 saylı Suraxanı üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM