26 Oktyabr 2011 04:10
460
MSK
A- A+

Mərkəzi Seçki Komissiyasının 2009-cu il 9 noyabr tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bələdiyyə seçkilərində istifadə edilən seçki bülletenləri formasının bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və 2011-ci il noyabrın 30-da keçiriləcək seçkilərdə seçki bülletenlərinin sayı və hazırlanma qaydasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar N13/43

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.1-99.4-cü və 235-ci maddələrinin tələblərinə görə, seçki bülletenlərinin hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən azı 35 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən azı 10 gün qalmış qeydə alınmış seçicilərin sayının 3 faizindən artıq olmamaq şərtilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nümayəndələrinin müşahidəsi altında müvafiq qaydada hazırlanmalıdır.

Mərkəzi Seçki Komissiyasının 2009-cu il 9 noyabr tarixli qərarı ilə bələdiyyə seçkilərində səsvermə üçün seçki bülleteninin mətni və forması təsdiq edilmişdir. Əlavə və yeni bələdiyyə seçkilərinin xüsusatları həmin seçki bülleteninin doldurulması qaydasının izah hissəsinə müvafiq əlavənin edilməsi zərurətini yaratmışdır. Belə ki, həmin hissədə seçilməli olan bələdiyyə üzvlərinin sayından asılı olaraq (bir nəfər bələdiyyə üzvünün seçilməsinin mümkünlüyü ilə əlaqədar) namizədlərə səs verilməsi qaydasına müvafiq əlavə edilməklə dəqiqləşdirilmə aparılmalıdır.

Ona görə də qüvvədə olan seçki bülleteninin forma və məzmununa uyğun olaraq 2011-ci il noyabrın 30-na təyin edilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə istifadə ediləcək seçki bülletenlərinə dair müəyyən edilmiş qayda və şərtlər əsas götürülməklə, oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1. 191. 541 ədəd seçki bülleteni çap edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.6,  25.2.11,  28.2,  28.4, 99 və 235-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 9 noyabr tarixli qərarı ilə təsdiq edilmiş bələdiyyə seçkilərində istifadə edilən seçki bülleteninin forması, səsvermə qaydasına dair izah hissəsində "və ya bundan az sayda" sözlərindən sonra "(birdən çox bələdiyyə üzvü seçiləcəyi halda)" sözləri əlavə edilməklə əlavə və yeni bələdiyyə  seçkilərində tətbiq edilsin.

2. 2011-ci il oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmamaqla, cəmi 1. 191. 541 ədəd seçki bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təmsilçiliyinə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.

3. Qərarın icrası öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsinə həvalə edilsin.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

25.10.2011

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video