21:07 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərkəzi Seçki Komissiyasında respublikamızda bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərin yekunları ilə bağlı mətbuat konfransı olmuşdur
ANA SƏHİFƏ / MSK
03:12 01.12.2011

 

Noyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində respublikamızda bəzi bələdiyyələrə keçirilən təkrar, əlavə və yeni seçkilərin yekunları ilə bağlı mətbuat konfransı olmuşdur.

AzərTAc xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında çıxış etmişdir. MSK sədri demişdir ki, bu gün - noyabrın 30-da Azərbaycan Respublikasının 330 bələdiyyəsində boş olan 464 bələdiyyə üzvü yerinə 1169 məntəqədə səsvermə keçirilmişdir. Bütün məntəqələrdə seçkilərə yüksək hazırlıq görülmüşdür. Səsvermə məntəqələrin hamısında eyni vaxtda - səhər saat 8-də başlamışdır. Səsvermə zamanı heç bir xoşagəlməz hadisə baş verməmiş, bütün proses qanunun tələblərinə uyğun aparılmışdır.

Bu gün səhər tezdən Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin əməkdaşları Bakıda, paytaxtətrafı qəsəbələrdə, Sumqayıtda seçkilər keçirilən məntəqələrə baş çəkmiş, müşahidəçilər, namizədlərin səlahiyyətli nümayəndələri və komissiya üzvləri ilə söhbətlər aparmışlar. Aparılan müşahidələr göstərmişdir ki, bütün məntəqələrdə səsverməyə mütəşəkkil hazırlıq görülmüşdür. Səsvermə bütün gün ərzində qanunun tələblərinə uyğun olaraq azad və şəffaf keçirilmişdir.           

Gün ərzində bütün məntəqələrlə əlaqələrimiz həmin formatda davam etdirilmişdir. Axşam saat 7-də məntəqələr bağlanana qədər MSK seçicilərin fəallığı ilə bağlı Azərbaycan ictimaiyyətinə 5 dəfə - saat 10, 12, 15, 17 və 19-a olan məlumatları çatdırmışdır. Həmin bələdiyyələr üzrə siyahıya alınmış seçicilərin 23,46 faizi səsvermədə iştirak etmişdir. Hesab edirəm ki, bu rəqəm təkrar, əlavə və yeni seçkilər üçün tamamilə qənaətbəxşdir.

Gün ərzində Mərkəzi Seçki Komissiyasının üzvləri daxil olmuş müraciətləri Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq cavablandırmışlar. Mərkəzi Seçki Komissiyasına səsvermənin gedişi ilə bağlı qanun pozuntusuna dair müraciət daxil olmamışdır. Əksinə, müşahidəçilər, seçicilər, namizədlərin nümayəndələri MSK-nın qaynar xəttinə və digər telefonlara zəng vuraraq səsvermə prosesinin şəffaf və demokratik keçdiyi barədə müsbət fikirlərini bildirmişlər. Hesab edirəm ki, bu, seçkilərə yüksək səviyyədə görülmüş hazırlığa ictimaiyyətin verdiyi müsbət qiymət kimi qəbul oluna bilər.

Məntəqələrdə səsvermə prosesini çoxsaylı müşahidəçilər izləmişlər. Prosesin işıqlandırılmasında kütləvi informasiya  vasitələrinin nümayəndələri çox fəallıq göstərmişlər.   

Saat 19-da  məntəqələr bağlandıqdan sonra verilən səslərin hesablanması və protokollaşdırılması prosesinə start verilmişdir. Saat 21 radələrindən isə MSK-nın internet saytına ayrı-ayrı məntəqələrdə səsvermənin yekunları ilə bağlı məlumatlar daxil olmağa başlamışdır. Mən saat 23-ə olan məlumatları diqqətə çatdırıram.

Saat 23-ə olan məlumat belədir ki, seçkilər keçirilən 330 bələdiyyədən 286-nın protokolları MSK-nın internet saytına daxil olmuşdur. Bu, seçkilər keçirilən bələdiyyələrin 86,67 faizi deməkdir. Məntəqələrə gəldikdə isə səsvermə keçirilən 1169 məntəqənin 1023-ü üzrə protokollar artıq internet səhifəsində yerləşdirilmişdir. Bu, ümumi məntəqələrin 87,51 faizidir.

Daxil olan protokolların nəticələrinə görə, 328 nəfər namizəd liderlik edir. Bunlardan 235 nəfəri kişi (71,61 faiz), 93 nəfəri qadındır (28,35 faiz). Bu, çox sevindirici rəqəmdir. Lider namizədlərin 226-sı ali təhsillidir. Yaxın saatlarda bütün məntəqələrin protokolları MSK-nın internet səhifəsində yerləşdiriləcəkdir. MSK-nın internet səhifəsində bütün protokol məlumatlarının hamısı əks etdirilmişdir. Hesab edirəm ki, bu seçkilər də yüksək səviyyədə, azad, şəffaf keçmişdir. Təkrar edirəm ki, səsvermə günü heç bir qanun pozuntusuna yol verilməmişdir.

Seçki Məcəlləsinin tələbinə əsasən, sabahdan başlayaraq dairə seçki komissiyalarının protokolları iki gün ərzində MSK-ya daxil olacaqdır. Bu protokolların qəbulu başa çatdıqdan sonra MSK yekun nəticələr barədə ictimaiyyətə məlumat verəcəkdir. Seçki Məcəlləsinin tələbinə görə, MSK 20 gün müddətində nəticələri təhlil edib ümumiləşdirəcək, əgər hər hansı bir şikayət daxil olarsa, araşdıracaq və yekun protokolunu tərtib edəcəkdir. 

Ümumilikdə gəldiyimiz nəticə bundan ibarətdir ki, bu seçkilər də şəffaf və qanun çərçivəsində keçirilmişdir.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM