20 Dekabr 2011 01:12
479
MSK
A- A+

Mərkəzi Seçki Komissiyası bəzi bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərə yekun vurmuşdur

 

Dekabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

Komissiya Azərbaycan Respublikasında 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin yekunlarının yoxlanılması, təsdiqi və seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi  barədə məsələyə baxmışdır.

MSK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komissiyanın sədri bildirmişdir ki, noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər əvvəlki seçkilər kimi ölkəmizin həyatında mühüm hadisələrdən biri kimi tarixə düşəcəkdir. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuşdur. Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü seçkilərin gedişini izləmişdir. Ölkə ictimaiyyətinin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr MSK-nın nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmişdir. Sözügedən seçkilərlə bağlı səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının bələdiyyələr üzrə protokolları qanunla müəyyən edilmiş müddətdə və qaydada tərtib edilərək onlara əlavə olunmuş sənədlərlə birlikdə MSK-ya təqdim edilmişdir. MSK Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolları və ona əlavə edilmiş digər sənədləri yoxlamışdır.

MSK sədri seçkilərin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsinə kömək göstərmiş dövlət qurumlarına təşəkkür etmişdir. Seçkilərin hazırlanıb keçirilməsi prosesinin ictimaiyyətə çatdırılmasında ölkə KİV-lərinin əhəmiyyətli rol oynadığını minnətdarlıq hissi ilə vurğulayan sədr AzərTAc-ın, AzTV və İctimai Televiziyanın, "Azərbaycan" qəzetinin və APA informasiya agentliyinin bu sahədəki fəaliyyətini xüsusi vurğulayaraq  onlara təşəkkürünü  bildirmişdir.

Sonra MSK katibi Arifə Muxtarova komissiya üzvlərini MSK-nın 2011-ci il noyabrın 30-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair qərarının layihəsi ilə tanış etmişdir.

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2011-ci il noyabrın 30-da bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın. Eyni zamanda, 38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir. 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəlli bələdiyyəsinə keçirilmiş yeni seçkilərin də etibarsız hesab olunması barədə qərar qəbul edilmişdir.

Bundan əlavə, seçki keçirilmiş 329 bələdiyyənin tam tərkibdə formalaşmasının nəzərə alınması, seçkilərin ümumi yekunları üzrə rəsmi təsdiq edilmiş bələdiyyələrə seçilmiş üzvlərin siyahısının elan edilməsi və bəzi bələdiyyələrə keçirilmiş təkrar, əlavə və yeni seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması qərara alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video