03 Sentyabr 2011 07:09
477
MSK
A- A+

Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının üzvləri üçün kurslara başlayır

 

Sentyabrın 5-də Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, bu kurslar Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar keçirilir. Məqsəd sərəncama uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyalarının sədrlərinin peşəkar hazırlığının artırılmasıdır.

Kursların açılış mərasimində MSK-nın sədri Məzahir Pənahov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edəcəklər. Sentyabrın 11-dək davam edəcək kurslarda Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, respublika baş prokurorunun birinci müavini Rüstəm Usubov, ombudsman Elmira Süleymanova, Daxili İşlər və Ədliyyə nazirliklərinin məsul şəxsləri, MSK-nın üzvləri və hüquqşünas alimlər mühazirələr oxuyacaqlar. Kursların sonunda dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim ediləcəkdir.

Proqramın növbəti mərhələsi olaraq sentyabrın 13-dən 15-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcəkdir.

Qeyd edək ki, MSK tərəfindən 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Prezidentinin sözügedən sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunmuşdur.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video