21 Oktyabr 2011 06:10
353
DÜNYA
A- A+

Mərkəzi Amerikada 103 nəfər daşqınların qurbanı oldu

 

Mərkəzi Amerikada leysan yağışların törətdiyi daşqınlar və sürüşmələr nəticəsində 103 nəfər həlak olmuşdur. Bu barədə "Assoşieyted Press" agentliyi xəbər verir. 7 nəfərin itkin düşdüyü bildirilir.

Ən çox ölüm halı (38) Qvatemalada qeydə alınmışdır. Salvadorda 32, Hondurasda 15, Nikaraquada 13, Kosta-Rikada isə 5 nəfər təbii fəlakətin qurbanı olmuşdur.

Mərkəzi Amerikada leysan yağışlar səkkiz gün əvvəl başlamışdır. BMT-nin məlumatına görə, təbii fəlakət 100 min nəfərdən çox adama zərər vurmuşdur. Regionda avtomobil yollarının bir hissəsi sıradan çıxmış, körpülər dağılmış, minlərlə adam evsiz-eşiksiz qalmışdır.

Bundan əlavə, Salvadorun böyük çayları - Lempa və Rio-Qrande-de-San-Migel məcrasından çıxmışdır. Nəticədə kənd təsərrüfatı sahələri su altında qalmışdır.

Nikaraquada Manaqua çayında suyun məcrasından çıxması ekspertlərin ciddi narahatlığına səbəb olmuşdur. Bu çayın cənub-qərb sahilində ölkənin eyniadlı paytaxtı yerləşir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video