21:38 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərhum professor Akif Quliyev Çex Respublikasının xaricdə tanıdılmasına görə 2020-ci ilin mükafatçıları sırasında
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
20:57 14.12.2020
 
Bu il Praqadan aldığım təlimatların ən xoş olanı tanınmış azərbaycanlı biokimyaçı professor Akif Quliyevə bizim xarici işlər naziri Tomaş Petrjiçek tərəfindən Çex Respublikasının yaxşı adının xaricdə tanıdılmasına görə mükafatlardan birini alacağını söyləməyimin istənilməsi idi.

"Gratias Agit” mükafatına layiq görülən ilk Azərbaycan vətəndaşı olacağını xəbər verəndə professor A.Quliyevin həm özü, həm də ölkəsi üçün necə şərəf duyduğunu dərhal anladım. Təsəvvürümə gətirməzdim ki, bu, ölkəmi Azərbaycanda tanıtmaq üçün hamıdan çox iş görmüş görkəmli şəxslə çoxsaylı söhbətlərimdən sonuncusu idi. O, 2020-ci il iyulun 19-da qəflətən vəfat etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert bildirib.

Səfir qeyd edib ki, Akif Quliyev 1967/68-ci illərdə aspirantura təhsilinin bir hissəsini Praqanın Karlov Universitetində alıb. Bu tədris ili Çex həmkarları ilə tədqiqatlardakı uzun iş birliyinin başlanğıcı ilə yanaşı, Karlov Universitetinin Təbiət elmləri fakültəsi ilə Bakı Dövlət Universitetinin Biologiya fakültəsi arasında 200-dən çox tələbə və müəllim mübadiləsinin başlanğıcı oldu. Biokimya və biotexnologiya şöbəsinin müdiri olaraq Akif Quliyev 1972-ci ildə iki universitet arasındakı ilk müvafiq razılaşmaya görə məsul idi. SSRİ-nin dağılması və 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbi ilə yaranan fasilədən sonra professor A.Quliyev dekan olaraq, 2010-cu ildə hər iki fakültə arasında memorandumun imzalanması ilə əməkdaşlığı gücləndirməyi bacardı. Bu, 4 il sonra Azərbaycan və Çexiyanın ən böyük universitetləri arasında hələ də qüvvədə olan bir müqavilənin imzalanmasında mühüm bir addım idi. Ölkəmlə Azərbaycan arasında dostluq və qarşılıqlı faydalı münasibətlərin dərinləşməsi üzərində işləyərkən Çex səfiri olaraq mənə və sələflərimə daim kömək edirdi.

"2020-ci ilin oktyabrında Praqada Xarici İşlər Nazirliyində baş tutmalı olan mükafatlandırma mərasimi COVID-19 pandemiyasının ikinci dalğası səbəbindən ləğv edildi. O günlərdə İkinci Qarabağ müharibəsi Azərbaycan ərazisində şiddətlənir və çoxsaylı insanların həyatına son qoyurdu. Buna görə Akif müəllim üçün nəzərdə tutulmuş mükafatı bir az sonra qızları Nailə və Nərgizə təqdim etməyə qərar verdim. Onlarla növbəti söhbətim, eləcə də Bakı Dövlət və Karlov universitetlərinin zooloqları tərəfindən planlaşdırılan növbəti birgə ekspedisiya haqqında məlumat məni əmin etdi ki, Akifin qurduğu dostluq çətinliklər qarşısında davam gətirəcək”, - deyə diplomat əlavə edib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM