23:07 22 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərhəmət sarayı tikilsin
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:02 19.02.2012

 

Qış hamını sınadı və hətta mənəviyyatımız, təəssübkeşliyimiz də bu şaxtalarda bərkə-boşa çəkildi. Təbiət sərt üzünü göstərdikcə biz - uzun illər boyu kəskin soyuqları görməyənlər qışın, şaxtaların köməksiz, zəif insanlar üçün nə dərəcədə təhlükəli olmasının şahidinə çevrildik.

Xeyirxahlıq babalardan qalıb. İndi gecə namazları qurtaran kimi kilidlənən məscidlərin qapıları vaxt vardı bir  tikə çörəyə, isti yerə ehtiyacı olanların üzünə həmişə açıq idi. Kimsəsiz insanların ümid, güvənc yeri olub məscidlərimiz. 

Qar şəhəri ağ örpəyə bürüyəndə evsiz-eşiksiz, qayğıya və bir tikə çörəyə möhtac olan insanların hələ də olduğunu üzə çıxardı. Uzaq yoldan gələnlər, evlərinə gedib çata bilməyənlər və səhhətinin zəifliyi ucbatından şaxtalara dözməyənlər paytaxtda operativ qaydada yaradılan sığınacaqlara pənah gətirdilər, xeyirxah təşəbbüsə və kimsəsizlərə hayan duranlara alqış oxudular.  Onlar tək olmadıqlarını anladılar, dövlətin dayağını və mərhəmətini gördülər.

Belə düşünürəm ki, bu nəcib təşəbbüsün davam etdirilməsi kimsəsizlərə dayaq olar, ölkəmizə də başucalığı gətirər. Şadlıq saraylarının sayı-hesabı yoxdur! İndi bu sıraya yas  məclislərini keçirmək üçün mərasim zalları da qoşulub. Böyük şəhərlərdə insanlar qayğılarını, dərd-sərini kiməsə danışmaqda, kömək ummaqda çox vaxt çətinlik çəkirlər.  Toyların şadlıq saraylarına, hüzr məclislərinin mərasim zallarına ehtiyacı olduğu kimi, bəzi insanların da Mərhəmət evlərinə ehtiyacı var. Ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyinin başladığı nəcib təşəbbüs davam etdiriləcək. Qoy dövlətimiz yer ayırsın, mərhəməti və xeyirxahlığı ilə seçilmək istəyən sahibkarlar da xeyriyyəçiliyindən qalmayıb belə binaların tikintisinə yardım etsinlər. Bu, Allaha da xoş gələr, bəndəyə də!

 

M.HADIYEV,

Bakı şəhəri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM