15 Noyabr 2011 01:11
390
Mədəniyyət
A- A+

Mərakeş Krallığının mədəniyyət nazirinin Azərbaycan Milli Kitabxanasında məruzəsi maraqla qarşılanmışdır

 

Azərbaycanda Mərakeş Krallığı Mədəniyyəti Günləri çərçivəsində noyabrın 13-də bu ölkənin mədəniyyət naziri Binsəlim Himmiş M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Mədəniyyət və bəşəri inkişafa ümidlər" mövzusunda məruzə ilə çıxış etmişdir.

AzərTAc xəbər verir ki, qonaqların, mədəniyyət işçilərinin iştirak etdikləri tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq  iki ölkə arasında kitabxana əlaqələrinin perspektivindən danışmışdır. Mərakeş Krallığının mədəniyyət naziri Binsəlim Himmiş məruzəsində mədəniyyətin bəşəri əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, qloballaşan cəmiyyətdə bu sahəyə diqqətin artırılması vacibdir. Müasir dövrdə ölkələr arasında mədəni əlaqələr həm də ortaq mədəniyyətin zənginləşməsinə, insanların əxlaq və davranışına  böyük təsir göstərir.

Nazir Binsəlim Himmişin məruzəsi böyük maraqla qarşılanmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video