03 Sentyabr 2011 02:09
576
Oxucu məktubları
A- A+

Məqsədimiz Avropa və dünya səviyyəsinə çıxmaqdır

 

"Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı"na uyğun olaraq Qobustan rayonunda idmanın inkişafına da xüsusi diqqət yetirilir. Taleyini idmana bağlamış bir şəxs kimi qeyd edim ki, Qobustan şəhərində müasir idman kompleksinin davam edən tikintisi məni qədərsiz sevindirir.

Məşqçilik fəaliyyətimə Şamaxı rayonunda başlamışam. 2006-cı ilin dekabr ayında Azərbaycan Taekvando Federasiyası rəhbərliyindən təklif aldım ki, Qobustanda taekvando üzrə bölmə yaradım. Böyük məmnuniyyətlə bu işə başladım. Qısa müddət ərzində bu idman növü rayonda geniş yayıldı. İlk uğurlarımız Famil Dəmirli, Zahid Ələkbərov, Qəlbinur Əliyev, Baba Yaqubov, Seymur Albabayev, Mustafa Əliyev, Xədicə Əmirzadə, Nərgiz Əliyeva və Aysel Maniyeva kimi taekvandoçularımızın adları ilə bağlıdır. Yetirmələrimiz dəfələrlə respublika səviyyəli yarışların mükafatçısı olub. Əlamətdar günlərdə rayon ictimaiyyəti qarşısındakı nümunəvi çıxışlar da idmançılarımıza böyük ruh yüksəkliyi verir və onları qələbələrə ruhlandırır.

Çalışırıq ki, yeniyetmə taekvandoçularımız Fəqan Umudov, Zahid Məmmədov, Hacı Qədirov, Samir İsmayılov, Xasay Əsədov, Türkel Bəndəliyev kimi tanınmışların yolunu uğurla davam etdirsinlər. İnanırıq ki, Qobustan idmançıları da Avropa və dünya səviyyəli yarışlarda dövlətimizin bayrağını ucaldıb, himnini səsləndirəcəklər. Bunun üçün şəraitimiz də var, həvəsimiz də.

 

Alxas MƏMMƏDOV,

Qobustan rayonu, taekvando üzrə 3-cü dərəcəli məşqçi-müəllim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video